Çanakya/Hökmdar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 59:
* Heç kim hökmdarın sirlərinə bələd olmamalı, əksinə, hökmdarın özü başqalarının sirlərini öytənməyə səy göstərməlidir. Tısbağa ayaqlarını çanağının içində gizlətdiyi kimi, hökmdar da sirlərini başqalarından gizlətməlidir.
* Heç kim Yaradandan daha müdrik ola bilməz. Qızılın qoxusu, şəkər qamışının meyvəsi, səndəl ağacının çiçəyi, alimin var-dövləti olmur, hökmdar isə uzun müddət yaşamır.
* Həqiqətə, şahidlərin ifadələrinə, insanların səsinə və qanuna söykənən düzgün qərar belə, hökmdarın fərmanından üstün ola bilməz.
* Hər cür insanların yaşadığı torpaqları fəth edən hökmdar, ölkəsini qanunun tələblərinə uyğun idarə etməklə qələbəsinin bəhrələrindən zövq almalıdır.
* Həyatınıza təhlükə yarada biləcək altı varlıqla ehtiyatlı olun: hökmdarla, odla, su ilə, qadınla, ilanla və axmaqla.