Çanakya/Hökmdar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 43:
* Ərinə sədaqət qadının, loyallıq nazirlərin, insanların müdafiəsi hökmdarın borcudur, yaxşı davranış isə böyük ruhların vəzifəsidir.
* Əsl dost, xəstəlikdə, bədbəxtlikdə, aclıqda, düşmənlərin hücumunda, hökmdarın taxtında və dəfn mərasimində yanınızda olan insandır.
* Əsl mükafat və cəza verməklə silahlanmış hökmdarlar insanların əzab-əziyyətini yüngülləşdirir və onları qoruyub saxlayır, bütün zəruri şeylərlə təmin edir.
* Əsli-nəcabəti nəcib olmayan hökmdar, axmaq övlad böyütmüş alim, qəflətən zənginləşmiş kasıb ətrafındakıların onlara qarşı laqeyd münasibət göstərdiyinin şahidi olurlar.
* Əvvəlcə ticarət və əkinçilik, sonra atçılıq, sonra alğı-satqı və yalnız bundan sonra hökmdara xidmət etmək.