Paulo Koelyo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 42:
* Acı çəkməmək üçün, eşqi rədd etmək lazımdı. Bu da həyatdakı pislikləri görməmək üçün öz gözlərini çıxarmaq kimi bir şeydi.
* Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda.
* Alçaltmaq səhvdir, çünki axmaqlıq bir qüsurdur, amma elələri var ki axmaqlığı qüsursuzdur.
* Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir.
* Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan.