Təbriz: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 5:
== T ==
* Təbriz böyük şəhərdir... Başqa şəhərlər və qalalar da çoxdur... Təbriz əhalisi ticarət və sənətkarlıqla məşğul olur, burada çox bahalı zərxara və ipək parçalar toxunur... Təbriz yaxşı yerdədir; buraya Hindistandan, Bağdaddan, Mosuldan... və bir çox başqa yerlərdən əmtəə gətirirlər; buraya Şərq əmtəələri almaq üçün avropalı tacirlər, xüsusilə genuyalılar gəlirlər... Buradan qiymətli daş-qaş da alınır. Daş-qaş burada boldur. Buraya gələn tacirlər çox böyük qazanc əldə edirlər... Şəhər çoxlu dadlı meyvəsi olan gözəl bağlarla əhatə olunmuşdur. [[Marko Polo]]
* Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Ev və ov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maral və su quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər… [[Jan Şarden]]
* Təbrizin havası soyuq və qurudur. Onun havasının əhval ruhiyyəyə pis təsir etməsindən qətiyyən şikayətlənmək olmaz. Şəhər üzü şimala olub, ilin doqquz ayı zirvəsi qarla örtülü olan dağlarla əhatə edildiyindən orda soyuqlar uzun müddət davam edir. Demək olar ki, orda hər axşam-səhər zəif külək əsir. Yay müstəsna olmaqla, tez-tez yağışlar yağır. Ilin bütün fəsillərində onun üzərində duman görmək olar. Orada yaşayanlar üçün vacib olan hər nə istəsə boldur. Kifayət qədər keyfiyyətli və ucuzdur. [[Jan Şarden]]