Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 76:
* [[Əfv]] ona deyilir ki, nəfs pislik üstündə veriləcək cəzanı, yaxşılıq müqabilində alınacaq mükafatı birincini verməyə qadir, ikincini almağa qüdrətli olduğu halda bağışlasın.
* Əliaçıqlıq ona deyilir ki, nəfs özünün çox ehtiyacı olduğu şeyləri asanlıqla daha çox ehtiyacı olan başqa bir adama versin.
* Ən yaxşı xasiyyətlər içində isə qədir bilməkdən gözəl sifət ola bilməz.
* Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
**Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.