Blez Paskal: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 37:
== İ ==
* İlahi həqiqətlər zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər. Allahı hiss edən qəlbdir.
* İlahiyyat elmdir, lakin bu elmə nə qədər elmlər sığışıb! İnsan bir çox hissələrdən ibarətdir, lakin onu hissələrə ayırsan, hər bir hissə ayrılıqda insan ola bilərmi? Baş, ürək, damar, damarın hər parçası, qan, qanın hər damlası? Şəhər, yaxud kənd uzaqdan şəhər, yaxud kənd kimi görünür, lakin yaxına gələndə evləri, ağacları, yarpaqları, otu, qarışqanı, qarışqanın ayaqlarını, beləcə sonsuzluğa qədər minlərlə detalı görürsən. Və bütün bunlar "kənd" anlayışına daxildir.
* insan bəzən şübhə etməli, bəzən qəti inanmalı, bəzən isə hamı tərəfindən qəbul olunanlara itaət etməlidir. Yalnız ağılsız adam buna əməl etməz. İnsanlar bir çox hallarda bu qaydanı pozurlar, sübutun nə olduğunu bilməyə-bilməyə, guya sübut olunmuş hər şeyə inanmırlar, yaxud hər şeyə şübhə ilə yanaşırlar, çünki başa düşmürlər ki, sübut olunmuş şeylərə nə vaxt itaət etmək lazımdır, yaxud hər şeyə itaət edirlər, çünki bilmirlər ki, hansı hallarda öz başlarını işlətməlidirlər.
* İnsan çox güman ki, düşünmək üçün yaradılıb, onun bütün üstünlüyü bütün xidməti bundadır; onun əsas vəzifəsi lazımı şəkildə düşünməkdir... ancaq insanlar nə haqda düşünür?