Siyasətçi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9:
* Siyasətçi çox ağıllı olmamalıdır. Çünki çox ağıllı siyasətçi görür ki, onun qarşısında duran vəzifələrin böyük bir qismini həll etmək qeyri-mümkündür. S.Lem
* Siyasətçi sabah, bir həftə sonra, bir ay, bir il sonra nələrin baş verəcəyini öncədən deməlidir. Sonra isə, dediklərinin niyə baş vermədiyini izah edə bilməlidir. [[Uinston Çörçill]]
* Siyasətçidən ağıldan daha çox dəqiqlik tələb olunur. [[Qustav Lebon]]
* Siyasətçiyə sual vermə, çünki yalan danışacaq. R.Ayres
* Siyasətçinin ən böyük məziyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir. [[Uinston Çörçill]]
* Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:
# mübahisədə qalib gəlmək istəyirsənsə,rəqibinin əleyhinə çıxma;
# müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;
# öz səhvini başa düşdükdə,bunu səmimiyyətlə etiraf et;
# sakit tərzdə söhbət etməyə çalış;
# hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;
# qarşındakına danışmaq imkanı ver,tez-tez sözünü kəsmə;
# öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;
# heç kəslə bağlı tərəfkeşlik etmə;
# müsahibinin dərdlərinə şərik olmağa çalış;
# öz ehtiras və duyğularını nəzarət altında saxla;
# qarşındakının həm gözünə,həm də düşüncələrinə nüfuz etməyə çalış;
# öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər. [[Deyl Karnegi]]
 
== İstinadlar ==