Əli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 24:
* Bilin ki, Allah xeyir işlər görmək istəyənləri, əmrinə uyub xeyirə yönələnləri seçmişdir; onlar haqqın dayaqlarıdır, itaəti, bəndəliyi qoruyanlardır. Sizin üçün də hər qulluqda Allahdan bir yardım var, onu dillərə söylədər, könüllərə ilham edər; kifayət sayanlara bu yetər; şəfa axtaranlara şəfa verər.
* Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır.
* Bilməməklə bərabər, bilmədiyini də bilməyib özünü alim sayanlardan həzər.
* Bir xeyir görərkən yardım edin, bir şər görərkən qoyub gedin. Çünki Rəsulullah (s) buyurmuşdur: Ey Adəm oğlu, xeyir iş gör, şəri burax; o zaman səxavətli olar, orta yolu taparsan.
* Bir insanda gözəl bir xasiyyət varsa, ondan başqa gözəl xasiyyətlər də gözləyin.
* Bir para adamlar Allaha savab üçün ibadət edər: Bu ibadət tacirlərin ibadətidir. Bir bölük də Allaha qorxudan ibadət edər. Bu da kölələrin ibadətidir. Bir bölük isə Allaha şükr edərək ibadət edər. Bax, azad insanların ibadəti budur.