Konfutsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 44:
* Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışanda sözünü kəsməmək, danışmaq növbəsi çatanda susmamaq, danışarkən əl-qol atmamaq.
* Dərin olan quyu deyil, qısa olan ipdir.
* [[Dil]] nöqsanlı olarsa, sözlər düşüncəni yaxşı anlada bilməz. Düşüncə yaxşı anlaşılmazsa, edilməsi lazım olan şeylər yaxşı edilməz, vəzifələr yaxşı yerinə yetirilməz. Vəzifələr lazımi şəkildə yerinə yetirilməzsə, adətlər və mədəniyyətlər pozular. Adətlər və mədəniyyətlər pozularsa, ədalət yanlış yola düşər. Ədalət yolundan çıxarsa, çaşqınlıq içinə düşən xalq nə edəcəyini, işin haraya varacağını bilməz. Deməli: cəmiyyətdə heç bir şey [[dil]] qədər əhəmiyyətli deyil.
* Doğru olan şeyi görmək, lakin bunu etməmək cəsarətsizlikdir.
* Dostlarla münasibətdə onlara bacardıqları şeyi etməyi məsləhət gör, ədəbi gözləyərək onları xeyirxahlığa apar, müvəffəqiyyət qazanmaq ümidi olmayan yerdə hərəkət etməyə cəhd etmə. Özünü alçaldıcı vəziyyətə salma.