Azadlıq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 3:
== A ==
* Azad olacaq şəxs özü özünü azad etməlidi. Azadlıq insanın qucağına düşən sehrli hədiyyə deyil. Azadlıq nədir? Azadlıq birinin özünə qarşı məsuliyyət ixtiyarıdır. [[Maks Ştirner]]
* Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər [[təhsil]]li deyilik; biz ümumi [[təhsil]]in böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz [[təhsil]] haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. [[Nadan]] insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. [[Bertran Rassel]]
* Azadlıq bağışlanmış bir haqq deyil, insan təbiətinin bir parçasıdır, şahlığın şərəfidir. [[Süleyman Dəmirəl]]
* Azadlıq dərk olunmuş zərurətdir. <ref>Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 433</ref> [[Benedikt Spinoza]]