Avraam Linkoln: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 27:
* Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur.
* Başqasının azadlığını inkar edənin özü azadlığa layiq deyil. Əgər burada istibdad hakimiyyəti hökm sürərsə, mən riyakarlıq qarışığı olmayan, müstəbidliyi təmiz olan, azadlıq sevgisinə etirazı olmayan bir ölkəyə, məsələn Rusiyaya mühacirət etməyi üstün tutardım.
* Bəla pis vasitədən istifadə etməkdə deyil, yaxşıdan sui-istifadə etməkdir.
* Bəzi adamları həmişə, hamını isə bir müddət aldada bilərsən, amma hamını həmişə aldada bilməzsən (Xalqın müəyyən hissəsini həmişə, bütün xalqı müəyyən müddət aldatmaq olar, amma bütün xalqı həmişə aldatmaq olmaz).
* Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam.