Hiylə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 1:
{{ABC}}
== B ==
* * Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
**Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
**İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
**Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
**Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun.[[Nəsirəddin Tusi]]
* Bir adam ki, qoya hiylə binası,<br> Aqibət özünə dəyər xətası.[[Qasım bəy Zakir]]
 
== Ə ==
* Əxlaqlı adamda hiylə olmaz. [[Frensis Bekon]]