Əli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9:
* Axmaqla yaxın dost olma. Öz etdiyini sənə gözəl göstərər, səni də özünə bənzətmək istər.
* Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur.
* Ağıllı insanlar mallarını canlarına sipər edərlər, ağılsızlar canlarını mallarına.
* Ağıllı könlünə danışar, doğru bildiyini söylər, axmaq dilinə gələni söylər, düşünməz ki, bu nə məna daşıyır.
* Ağıllının zənni cahilin yəqinindən daha doğrudur.