Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 10:
* Bəzən səmada qara buludlar olar; səma bu qara buludlar üzündən dəyişməz. Və bəzən ağ buludlarda olar və səma bu ağ buludlar üzündən də dəyişməz. Buludlar gəlirlər. Sən səmasan və düşüncələrdə buludlardır. Əgər düşüncələrini vasvasılıqla izlərsənsə, əgər onları qaçırmazsansa, əgər onlara doğrudan baxsan ilk şey bunu anlamaq olacaq və bu çox böyük bir anlayışdır. Bu sənin işıqlanmanın başlanğıcıdır. Artıq sən yuxuda deyilsən, artıq gəlib gedən buludlarla eyni deyilsən, artıq sonsuza qədər qalacağını bilirsən.
* Bir maska taxdığını fərq etdiyin anda, o maska düşməyə başlamışdır onsuz da.
* Birinin səhvi üçün özünü cəzalandırmaq axmaqlıqdır.
* Bu dünyada kim hüzur istəməz ki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Unutmayın, ehtiras, hüzursuzluğun qaynağıdır. Hüzuru axtaran insan, ehtiraslarından qurtulmalıdır. Ehtirasların bitdiyi yerdə, hüzur başlayar.
* Bütünlük içində rəqs etmək üçün lazım olan tək şey, yalnız bu anın gerçəkliyini qəbul etməyimizdir. Sonrakı anın gerçəkliyini gəldiyi zaman qəbul edəcəyik, amma onu gözləməyəcəyik.