"Abbasqulu ağa Bakıxanov" səhifəsinin versiyaları arasındakı fərqlər

136 bayt əlavə edildi ,  1 il öncə
* Hər kəs mal-dövlət və cah-cəlalı çox sevirsə, o çox müqəyyədir, onunla dostluq yaraamaz, , çünki o həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır.
* Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyükdürsə, ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər.
* Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin.
* Hər kimə yaxşılıq etdikdə açıq və ya işarə ilə ona minnət qoyma ki, yaxşılığın qiyməti itər və xoşluq əvəzinə inciklik yaranar.
* Hər ölkədə olsan o vilayətin qanun-qaydalarına zidd iş görmə ki, cəzaya duçar olmayasan.