"Abbasqulu ağa Bakıxanov" səhifəsinin versiyaları arasındakı fərqlər

136 bayt əlavə edildi ,  1 il öncə
* Bil ki, təvazökar və şirindilli adamların dostları da çox olar.
* Bir adama nəsihət vermək istəyirsənsə, onu adam içində eləmə ki, qəbul etməz və səndən inciyər.
* Bir adamı möhtac görəndə bacardığın qədər kömək elə, ta ki başqaları da sən möhtac olanda sənə kömək etsinlər.
* Bir işin tədbirində tələsmə, icrasında isə tələs. Çünki bir işi anlamaq üçün çox vaxt lazımdır, icra üçün az.
* Bütün dinlərin, hətta bütpərəstlərin belə yaxşı inandıqları odur ki hər pis əməlin bir cəzası vardır. Hər kəsə nə yaxşılıq, nə pislik etsən, deməli, özünə edirsən.
* Bütün fitnə-fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanılmışdır. Avara adam öz insanlıq vəzifəsini unudaraq başqasına yük olur.
 
== Ç ==
* Çox yeməkdən özünü qoru, çünki bədənin sağlamlığına və ağla ziyan vurur.