"Abbasqulu ağa Bakıxanov" səhifəsinin versiyaları arasındakı fərqlər

126 bayt əlavə edildi ,  1 il öncə
* Hər işdə özündən bilikli və qərəzsiz adamlarla məsləhət elə, insanın öz əqli hər işi bacarmağa qadir deyil.
* Hər kəs mal-dövlət və cah-cəlalı çox sevirsə, o çox müqəyyədir, onunla dostluq yaraamaz, , çünki o həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır.
* Hər kəs sənə başqasının eybini açıb desə, ondan uzaq gəz, çünki o sənin eybini də başqalarına söyləyər.
* Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyükdürsə, ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər.
* Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin.