Konfutsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 7:
* Axmağın qəzəbi onun sözlərində, ağıllının qəzəbi onun əməllərində özünü biruzə verir.
* Ağılla hərəkət etmək üçün insanın üç yolu var; birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol - təqlid, üçüncü ən acı yol - təcrübədir.
* Ağıllı insanlar özlərini həyəcana qapdırmazlar: fəzilətli olanlar şübhə içində olmazlar; cəsur olanlar heç bir şeydən qorxmazlar...
* Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.
* Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər.