Nalayiq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 10:
* Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. [[Nəsirəddin Tusi]]
* Nаlаyiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üçündən аyıb kəlməyə еhtiyаc yаrаndıqdа оnu оbrаzlı, məcаzi ibаrələrlə аnlаtmаlı. [[Nəsirəddin Tusi]]
== S ==
* Sözlər küləkdir, nalayiq sözlər isə zərərli yelçəkəndir. [[Uilyam Şekspir]]
 
== İstinadlar ==