Saltıkov-Şedrin: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 72:
* Mən Rusiyanı ürəkdən sevirəm və hətta özümü Rusiyadan başqa bir yerdə düşünə bilmirəm.
* Mən yatsam və yüz ildən sonra oyansam və indi Rusiyada nə baş verdiyini soruşsalar, cavab verəcəyəm: içirlər və oğurlayırlar.
* Mənə həmişə elə gəlirdi ki, vətənimiz üçün bolluq yox, zirək ispravniklər (çar Rusiyasında qəza polis rəisi-Ş.Q.) lazımdır.
* Mənim fikrimcə, Rusiya üçün, məhdudiyyətsiz monarxiya daha faydalıdır. Məhdudiyyətsiz monarxiya nədir? – sizdən soruşuram. Bu, respublika ilə eyni şeydir. Sadəcə olaraq, sadə və aydın ifadə edilmiş həddə çatdırılmışdır. Bu, bir simada təcəssüm olunmuş respublikadır. Ona görə də dünyada heç bir hökumət bu qədər yaxşılıq etmək iqtidarında deyil... Belə deyirlər ki, aşkarlığın olmaması nəticəsində rüşvətxorluq çox kök salmışdır. Amma sizdən soruşuram: harada rüşvət yoxdur? Rüşvətxorluq bizdəki kimi harada asanlıqla aradan qaldırıla bilər? Ən azı bir şeyi düşünün ki, hər yerdə rüşvətxorlar üçün məhkəmə tələb olunur, bizdə isə zərərli adamın həmişəlik zərər vurmaq imkanından məhrum olması üçün yalnız rəhbərliyin daxili inamı kifayətdir.
* Müqəddəs Rusiyada bir adam təəccüblənməyə başlayırsa, o, təəccübdən donub mıx kimi qalacaq və ölənə qədər də belə qalacaq.