Xəstə Qasım

Ahəstə Qasım

Xəstə Qasım — Azərbaycan aşığı.

Xəstə Qasım
Doğum tarixi 1684
Doğum yeri Tikmədaş
Vəfat tarixi 1760
Vəfat yeri Şamaxı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biqeyrət oğulun ata yerində,
    Qaldığından qalmadığı yaxşıdır.
  • Bir igid ki, qatarından üzülə,
    Ölüm yeydi, bu dünyada qalınca.
  • Bir oğul ki, böyük sözün tutmaya,
    O kimsədən nmus, qeyrət, ar olmaz.
  • Bir yerə gedəndə özünü öymə,
    Şeytana bac verib, kimsəyə söymə.
  • Böhtan demə, böhtan tutar adamı,
    Qul eylər, bazarda satar adamı.[1]
  • Cəhənnəm odundan betər adamı,
    Yoxsulluq yandırar, kül eylər, eylər.
  • Əgər güclü isən fəqiri döymə,
    Demə var qüvvətim, qolum yaxşıdır.
  • Ot bitər kök üstə əsli nə isə,
    Yovşan bəsləməklə çəmənzar olmaz…
  • Sərv ağacı hər ağacdan ucadı,
    Əsli qıtdı, budağında bar olmaz
  • Sirr vermə nadana, sirr vermə pisə,
    Axır qəlbin ya inciyə, ya küsə.
  • Vəfalıya əmək çəksən itirməz,
    Bədəsil nəsihət, öyüd götürməz.
  • Yaxşı igid yaman etməz adını,
    Çünki yaman addan ölüm yaxşıdı.

Vikipediyada Xəstə Qasım haqqında məqalə var.

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.50