Xudu Məmmədov
Xudu Surxay oğlu Məmmədov (14 dekabr 1927-15 oktyabr 1988) - Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1969), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957)
Xudu Məmmədov | |||
Doğum tarixi | 14 dekabr 1927 | ||
Doğum yeri | Ağdam, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||
Vəfat tarixi | 15 oktyabr 1988 | ||
Vəfat yeri | Azərbaycan SSR, SSRİ | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adamların qanunla qorunmaq dərəcəsinə çatması yüksəlişdirmi?
- Alim üçün yaddan çıxarmağı bacarmaq yadda saxlamağı bacarmaqdan daha vacibdir.
B
redaktə- Başa düşülmək üçün başa düşməyə çalış.
- Bilik biliyə ehtiyac yaradır.
- Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir.
- Biz yalnız iç düşüncələrimizin formasını görə bilirik.
- Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb.
D
redaktə- Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.
- Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur.
- Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım.
- Dünya bildiyimizdən artıq bizim ola bilməz.
E
redaktə- Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır.
- Elm və sənət qoşa qanaddır.
Ə
redaktə- Əlaqələndirmə şurasının sədri öz əlaqəsiz çıxışında göstərdi ki...
- Ən böyük müsibət ağıl kəsərkən tapılanı itirməkdir.
- Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır.
G
redaktə- Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus!
H
redaktə- Hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də götürə bilər.
- Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı.
- Həyat öyrənildikcə şirinləşir.
İ
redaktə- İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur.
- İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun!
- İnsanlar arasında olmayınca ölü və diriliyini necə bilərsən?
- İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?
- İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır.
K
redaktə- Könül Allah evidir.
Q
redaktə- Qabiliyyətsizlik hələ qorxu deyil. Qorxulu onun çalışqanlığıdır.
M
redaktə- Məqsədə arzumu itirmiş gəldim...
- Məsələ predmetdə deyil, ondan necə danışıldığında və ona necə baxıldığındadır.
- Müəllim yalnız dərs deyən, sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır.
- Mükafat, layiq olduqda, stimula çevrilir.
- Mürəkkəblik çətinlık olmasa belə, onu insanlar özləri üçün yaradırlar.
N
redaktə- Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə!
O
redaktə- Onu xalqın pis münasibətindən qanun qoruyurdu.
- Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi...
Ö
redaktə- Ömür yadda qalan günlərın sayı ilə ölçülür.
P
redaktə- Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.
- Pislikdən danışmaq yaradıcılığı hamıya verilib.
S
redaktə- Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm.
- Sənət insanı həm ağıl azlığı, həm də ağıl artıqlığı bəlasından qoruyur.
- Sənin gözlərin taleyimin qaranlıq səmasında mənə yol göstərən ulduzlar oldu.
- Sözdən ürkək, qələmdən ürkək düşüncələr!
Ş
redaktə- Şairin özü bir yana, hər uğurlu sözü insanlar arasında bir körpü, bir bağlı teldir.
- Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı.
T
redaktə- Təbiət daşları necə də adama oxşadır. Əksinə də olur.
- Təbiət qanunları ilə cəmiyyət qanunlarının əsas fərqi ondan ibarətdir ki, birinciləri cəzasız pozmaq mümkün deyil, ikinciləri isə mümkündür.
- Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır. Varlığımdan kənar varlığımsan mənim. Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur.
- Təşkil olunmuş bekarçılıq...
U
redaktə- Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deil! Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər.
Ü
redaktə- Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.
V
redaktə- Vətəni “sevdirməzdən” öncə, onu tanıtmaq lazımdır.
- Vəzifə verirlər, sonra iş axtarırlar...
Y
redaktə- Yaxşılıq etmək məqsədilə yaxşılıq, güldürmək məqsədilə güldürmək olmaz. Bunlar hamısı ilham kimi gəlməlidir.
- Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum.
- Yersiz görülmüş iş də yersiz deyilmiş söz kimidir.
- Yersiz lazım olma arzusu əl-ayağa dolaşmaqdan başqa bir şey deyil.