Yılmaz Güney
Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Biz, əvvəllər kiçik şeylərlə xoşbəxt olan insanlardıq. Sonra ağılımıza sevda deyə bir şey saldılar, özümüzü toplaya bilmədik.
D
redaktə- Dostlar! Çöldə bir şeyin baş verdiyini bilirsinizmi? Yuxuda olanları silkələyin, oyandırın. Hamıya deyin, işıqlar tezliklə sönə bilər. Qaranlıqda nə edəcəksən?
- Döyüşü bir yarpaq üzərində yazmaq istərdim; payızın gəlməsi üçün, yarpaqların düşməsi üçün. Bir bulud üzərində qəzəb yazmaq istərdim; yağış yağar, bulud yox olar. Qar üzərində nifrət yazmaq istərdim; günəşin parlaması üçün, qarın əriməsi üçün. Və bütün yeni doğulmuş körpələrin qəlbinə dostluq və sevgi yazmaq istərdim; onlarla birlikdə böyümək, bütün dünyanı sarsıtmaq üçün.
Ə
redaktə- Əsl həbsxana insanın ağlında yaratdığı həbsxanadır. Həyatı məhdudlaşdıran həbsxana, ilk fürsətdə məhv edilməlidir. Dünyanı daha yaxşı başa düşmək üçün.
H
redaktə- Həyat bizə xoşbəxt olmaq şansını vermədi, əzizim.
- Həyatda yaxşı, tərbiyəli bir tamaşaçı olmaqdansa, həyatda uğursuz insan olmaq min dəfə yaxşıdır. Yaxşı bir boks tamaşaçısı olmaqdansa, pis boksçu olmaq riskini daşımaq daha yaxşıdır.
- Həyatı özüm üçün yaşamıram. Və heç nədən qorxmuram. Mənə nə olacağını bilirəm. Hər şeyə baxmayaraq, düşmənə baxmayaraq yaşayacağıq. Çünki sabah bizimdir. Ölərik, amma uşaqlarımız qoyub gedəcəyimiz mirası ürəklərində daşıyacaq. Və onların qəlbləri, əzildiyimiz qorxuları daşımaz.
İ
redaktə- İnsanları daş divarlarla dəmir barmaqlıqlar arasında öyrətməyi və düşüncələrinin qarşısını almağı düşünən anlayış məhv olacaq.
K
redaktə- Kölə yaşamaqdansa, azadlıq mübarizi olaraq ölmək daha yaxşıdır.
Q
redaktə- Qul olaraq yaşamaqdansa azadlıq döyüşçüsü olaraq ölmək daha yaxşıdır.
O
redaktə- Oğlum, biz pul ilə adam olmadıq. Hər pulu olanı da adam yerinə qoymadıq..!
- On minlərlə, milyonlarla insan məni izləyir, məqsədim onların bilmədikləri sevgilərinə layiq olmaqdır; Bir şeyi göstərmək, onları yuxudan oyandıracaq filmlər çəkərək ictimai mübarizəyə cəlb etmək üçün çalışıram.
P
redaktə- Problemin mahiyyəti budur: Ya inqilab yolunu seçəcəyik, ya da bu nizamın təzyiqlərinə və haqsızlıqlarına bu və ya digər şəkildə təslim olaraq yaşamağı seçəcəyik. Bu cür seçim yox olma formasıdır.
- Pul çatışmazlığından kəsə bilmədiyimiz saqqalımız avara üçün xarakterik olan dəb halına gəldi.
U
redaktə- Unutmaq zaman alır, deyirdim, yanıldım. Vaxt yox, ürək deməliydim. Səninlə qaldı.
Ü
redaktə- Ürəyimi yalayan kədər xoşbəxt xəyalları geridə qoyur əzizim.
Y
redaktə- Yaşamaq istədiyim üçün deyil, azadlıq və demokratiya uğrunda mübarizədə daha təsirli və fəal iştirak etmək üçün ölkəmi azad olmaq üçün tərk etdim.