Yaşar Nuri

Azərbaycanlı aktyor

Yaşar Nuri (tam adı: Yaşar Məmmədsadıq oğlu Nuriyev; 3 sentyabr 1951 – 22 noyabr 2012) — azərbaycanlı aktyor, rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı.

Yaşar Nuri
Doğum tarixi 3 sentyabr 1951
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 noyabr 2012
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi

Sitatlar

redaktə

Şəxsi

redaktə
  • Mən istər teatrda, istər televiziyada, istərsə də kinoda demək olar ki, bütün rejissorlarla işləmişəm.
  • Sənətə gəlməyimdə aktyor olmağımda atamın rolu şübhəsiz ki, böyükdür. Çox güman ki, o, aktyor olmasa idi, mən bu sənətə bağlanmazdım...[1]
  • Televiziyada, kinoda çəkiləndə yoruluram. Amma səhnədə heç vaxt yorulmuram. Daha doğrusu bu yorğunluqdan ləzzət alıram.[2]

Filmlərdən

redaktə
  • Makintoj: Eybi yox mən onun əyri ayaqlarından raqatka düzəltməsəm atamın oğlu deyiləm (Yol Əhvalatı)
  • Kiçik div: Mən elə bildim ki, onlar qorxub qaçarlar, tərsinə oldu (Əzablı Yollar)
  • İsrafil: Sənə əjdaha lazımdı? (Bəyin oğurlanması)
  • Sərxoş: Əmi, ehtiyyatlı ol! (Kömək)
  • Məmməd: Davay ala çayıvı iç ala davay. (Lətifə)
  • Nəsib: Əgər o fərli arvad olsaydı indiyə qədər onu bir kişi alardı. (Pəncərə)
  • Əbdülqəni: V eta vremya vzorvalas Azerbaydjanskaya bomba. İzvinite sestra zdes u nas pavorot. (Hər Şey Yaxşılığa doğru)
  • Əkrəm: Bu sənin gəlişivin jurnalı, indi kinonu göstər görək. Murad mənə stol üçün girişdi, gördü stol-mustol yoxdu, sürüşdü. Necədi? (Nekroloq)
  • Əkbər: Eşidirsən, eşitməzsən biabırçılıq ola haa(Dəvətnamə)
  • Direktor: Siz bu qədər pulu harada görmüsüz? Deyəsən çox varlısız.(Yoxlama)

Tamaşalardan

redaktə
  • Dadaşov: Hansı padşahın vəzirisən? Fatı, qalx, Fatı, otur. Fatı, sroçnu bizim məclisi tərk elə(Qatarda)
  • Elçin: Sən beləysənmiş, Gülnar. Mən səni tanımamışam, tanımamışam.(Bağışla)
  • Göyüş: Səməndər, sənin bığlarını qırxaram, ağzını da cıraram.(Kişilər)
  • Həsənağa: Papirosum yana-yana. Od düşüb şirin cana. Mən yarımla görüşdüm Əmir əmioğlu. İndi qal yana-yana(Göz Həkimi)
  • Əlibəy: Nə var əə, sür də.. Arvad zad görməmisən?! (Ordan-Burdan)
  • Kazım: Telefonun qabağında ölün, olun. (Yaşıl Eynəkli Adam)
  • Sərsəm: Hə, bayaq da üç dənə kişi gəlmişdi anamı axtarırdılar kastüm tikdirməyə.. İncidim e mən, ə verərdin mən oxuyaydım daa. Qışqırma əə bilirsən, qışqırma ə ey. (Qonşu Qonşu Olsa...)
  • Çəkməçi: Molla Nəsrəddin adin qəzet pişil orda, basmatri ayyay. Mojeş şto xoçeş ni davay... vot yesli ne budit dumoy eta qalmaqala arabatay, sən də mənə vot makraşka davay. Yes adin xaroşi müsəlqanski misal. Qavarit ki, eşşey, eşşey, atkuda znayet zəfəran şto. Haaa. Vot eşşey, vot tavar. Tavar ne xoçeş, eşşey davay. (Ac həriflər)
  • Muxtar: Əşi atova öküz deyən oldu?! Deyirəm siqareti atan kimi? Qulaq as Saman bala, sən öz şeyinlə zad eləmə. Mənə bax faşist ee xaşist. (Yarımştat)

İstinadlar

redaktə
  1. Sənətdə Keçən Ömür; İlham Rəhimli; Bakı-1992; səh. 232
  2. Sənətdə Keçən Ömür; İlham Rəhimli; Bakı-1992; səh. 234