Yarpaq tökümüRəşad Nuri Güntəkinin əsəri.

Yarpaq tökümü
Müəllif Rəşad Nuri Güntəkin
Orijinal dili türk dili
Nəşr ili 1930

Əsərdən sitatlar

redaktə

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Atanın uşaqlarına saxlayacağı ən qiymətli miras təmiz bir addır.
  • Bir sözlə, insan olmağa çalışmaq sənə də, mənə də zərərdən başqa bir şey gətirmədi. Baxaq, bir az da heyvanlığı təcrübə edək!..
  • Çirkinin ağzındakı gözəl söz, acizin ağzındakı haqlı söz qədər boş, faydasız bir şeydir.
  • Çox ümidsiz insanlar ağır xəstələrə bənzəyirlər və həyata hər zamankından daha qüvvətlə sarılırlar.
  • Durduğun yerdə nə qədər çalışıb çabalasan, böyür-başındakıları nə qədər itələsən də nə faydası. Bilmirəm, nə qədər keçəndən sonra aylığın neçə quruş artacaq. Gərək biri qovula, yaxud ölə ki, iki addım irəli gedə biləsən.
  • Etiqadsız bir adam olmasına, Tanrıdan indiyəcən bir şey ummamasına baxmayaraq dua eləyir: "Ya rəbb, sən uşaqlarımı hifz et!" — deyə əllərini göyə açırdı.
  • Fırlanarkən köhnəliyi görünməyən araba təkərləri kimi onun da işləyərkən hiss olunmayan qocalığı bekar qalanda birdən-birə büsbütün aşkar oldu.
  • Hər bir şey kimi sevmək də pulu, vaxtı, az-çox rahatlığı olan insanlara məxsus bir imtiyazmış, ata.
  • İndi insanlar artıq sizin zəmanənizin insanları deyil. Gözlərin açılması əməlləri, ehtirasları artırıb. Kimsə artıq öz həyatından razı deyil. Bu inkişaf nəticəsində əski əxlaq qaydaları yerində sayacaqmı?
  • İnsanın səadətini uşaqlarından gözləməsi nə boş xəyalmış, ya rəbbi! Nə edəsən ki, Allah insanları bir cür yaradıb. Uşaqlarımızın hamısını məsud etməyə qüdrətimiz də olsa, əlbəttə birinin səadəti o birisininkindən hansı cəhətdənsə axsayacaqdır… O məsudları dərhal unudacağıq. Övladlarımız içində hansı bədbəxtsə, yalnız onun səsini duyub ağlayacağıq. Bəli, uşaqdan, övladdan səadət gözləmək boş bir xəyaldır.
  • Qalib insanlar üçün səmimi və mərhəmətli olmaq ən asan və təbii bir hərəkətdir.
  • — Mən sənin yanında heç nəyəm, oğlum, — dedi. "Neyçün" deyə soruşa bilərsən; çünki mən yaşadığım müddətdə əslində bir şey duymadım, istəmədim. Sən isə çox həssas bir uşaqsan. Hər şeyi anlayırsan, istəyirsən…

Belə olduğu halda istədiklərindən öz ixtiyarınla özünü məhrum edirsən. Arazmızdakı fərq budur, əzizim. Bunun üçündür ki, sən məndən çox yüksəksən..

  • Nəhayət, anladı ki, qəhvəxana işsizlikdən və ailə qılıqsızlığından doğan iztirablara qarşı sığınılası yeganə guşədir. O da olmazsa, təqaüdçülərin ölməkdən başqa çarəsi qalmayacaqdı.
  • Onun fikrincə, eşq halı, vəziyyəti yerində, işi-gücü yolunda olan bir qisim insanların bilərəkdən və könüllü satın aldıqları bir dərd idi. Şövkət kimi işi başından aşan, ağır və ağıllı bir uşaq belə dəliliyi necə eləyə bilərdi?
  • Öz guşəsində çalışan, bəlkə də öz halından, həyatından razı olan insanlarda mümkün olmayacaq arzular və üsyanlar oyandırmaq doğrudurmu?
  • Pulsuz adam namusunu ən çoxu bir-iki gün qoruya bilər.
  • Səsini ucaltmaq canı yanan insanların ən ibtidai haqqı idi.
  • Yoxsulluq Əli Rza bəy üçün gözəl bir məktəb oldu. O, hər şeyi həqiqi rəngiylə, həqiqi çöhrəsiylə görməyə başladı. Artıq kimsə bu pulsuz-parasız qocaya özünü olduğundan başqa cür göstərmək üçün canını əziyyətə salmırdı. Hətta uşaqları belə..
  • Zavallı adam uzaqdakı bir qayanı qarşıdan səsləmiş, ondan aldığı şirin cavabların öz yumşaq və nazlı səsinin əks-sədasından başqa bir şey olmadığını anlamışdı. İndi bu qayaya əli toxunur və onun necə bir maddadən hazırlandığını anlayırdı.

İstinadlar

redaktə