Mənim üçün nikah zəncir yox, əməkdaşlıqdır. Mən izlənməyimə, qısqanclığa, öyüd-nəsihətə dözə bilmirəm. Təbii ki, mən familiyasını daşıyacağım adamı nüfuzdan salmamağı, onu yalan və ya gülünc vəziyyətə salmamağı öhdəmə götürürəm. Amma qoy o da məni xidmətçi və itaətkar arvad gözündə yox, hər şeydə ona bərabər olan müttəfiq kimi görsün. Gi de Mopasson