Zərdüşt
Zərdüştilik dininin yaradıcısı
Zərdüşt (e.ə. VI–V əsr) — "Avesta"nın müəllifi, Zərdüştlük dininin yaradıcısı.
Zərdüşt | |||
Doğum tarixi | naməlum dəyər | ||
Doğum yeri | naməlum dəyər | ||
Vəfat tarixi | naməlum dəyər | ||
Vəfat yeri | naməlum dəyər | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Başqaları xeyrinə yaxşı iş görmək vəzifə deyil, zövqdür. Çünki sizin sağlamlığınızı və səadətinizi artırır.
- Birini sevmək barbarlıqdır: çünki o bunu başqalarının hesabına edir. Allah sevgisi də belədir.
- Buğda əkən ədalət əkər.
D
redaktə- Doğru həmişə yalana qalib gəlir.[1]
E
redaktə- Elm insanın qəlbini işıqlandıran ilahi bir şüadır və məhəbbətlə formalaşmış xoşbəxtlik ünsürüdür. Xoşbəxtlik gətirən sevgi və yaradıcılıq bir-birinə ehtiyac duyur və birlikdə mövcuddur.
Ə
redaktə- Ən yaxşı mükafat haqq, ən pis günah isə yalandır.
H
redaktə- Haqsız söz danışan həmyaşıdını aldada bilər, amma Allahı aldatmaz.
- Həddindən artıq azadlıq və həddindən artıq xidmət eyni dərəcədə təhlükəlidir və demək olar ki, eyni nəticələrə səbəb olur.
- Hökmdarlar da, rəhbər də ədaləti üçün seçilməlidir.
X
redaktə- Xoşbəxtlik başqalarının xoşbəxtliyini istəyənindir.
İ
redaktə- İnsan özünü müqəddəs və möhkəm bir sevgi ilə sevməyi öyrənməlidir. İnsan özünə dözməyi öyrənməlidir.
- İnsanlar təkamülə və ölümsüzlüyə saf xarakterlə nail olurlar.
- İşdə ən vacib şey işçinin fədakarlığıdır.
Q
redaktə- Qulağınızla bu ən yaxşı nəsihətlərə qulaq asın, Onları işıqlı mühakimə ilə düşünün.
Ö
redaktə- Öldürülən heyvanların ətini yeməkdən çəkinənlər müqəddəs ruha və həqiqətə sahib olacaqlar.
- Öz mənfəətin üçün başqalarına ziyan verməkdən çəkin.
Ş
redaktə- Şübhəniz varsa, çəkinin.
Ü
redaktə- Ürəyinə qalib gəlməyən heç nəyə qalib gələ bilməz.
Y
redaktə- Yaxşı fikir, yaxşı söz, yaxşı əməl.
- Yaxşı insan yaxşı fikirlər, sözlər və əməllərlə zəngindir.
- Yaxşı niyyət et, yaxşılıq et, düz danış.
İstinadlar
redaktə- ↑ Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, "Elm-təhsil" nəşriyyatı, 2012,