Zaur Ustac (tam adı: Mustafayev Zaur Mustafa oğlu; 8 yanvar 1975, Bakı, Azərbaycan SSR) — şair, publisist, "Qızıl qələm" mükafatı laureatı (2018); Prezident Təqaüdçüsü (2019-cu ildən); "Yazarlar" jurnalının təsisçisi və baş redaktoru. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.
Zaur Ustac
|
Tam adı |
Zaur Mustafa oğlu Mustafayev
|
Doğum tarixi |
08.01.1975
|
Doğum yeri |
Bakı, Azərbaycan SSR
|
|
- Cəhalət hökmüran olan dünyada, İnsanı məhv edər mərəz, cəhalət.
- Dilində şükür olanın günü xoş keçər.
- Qızıl dəmirçinin əlində ancaq, Uzağı ən nəfis bir nal olacaq.
- Tarixi yaşat ki, tarix də səni yaşatsın.
- Təcvidlə, üzməyi bilmirsə əgər, Heç nə öyrətməmiş, övlada pədər.
Haqqında deyilənlər
redaktə
- Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal - azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Professor, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov [1].
- Zaur Ustac özünəməxsus lirizmi və ədəbiyyat bağçasında solmayan bir çiçəyi olan şairdir. Onun müəllifi olduğu “Şehçiçəyim” şeiri təkdir və düşündürücüdür. O, bu şeiri yazmaqla ədəbiyyat aləminə yeni bir çiçək qazandırmış və söz dünyasını təkrarsız bir nümunə ilə bəzəmişdir. Bütün bunlardan sonra böyük əminliklə demək olar ki, Zaur Ustac söz bağında, ədəbiyyat bağçasında öz çiçəyi olan şairdir. Filologiya üzrə fəlsəfə doktoru, Ülviyyə Hüseynova [2].
- Zaur Ustacın elm, ürfan, təlim, əql, idrak, zəka, kamillik, gözəlliyi qiymətləndirməyi bacarmaq kimi fikirləri də vardır ki, bunların ciddi elmi-tədqiqata ehtiyacı var. Pedaqogika üzrə elmlər doktoru, professor Kamal Camalov [3].
Xarici keçidlər
redaktə