Həsən əl-Əskəri

(İmam Əskəri səhifəsindən yönləndirilmişdir)

İmam Əskəri (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; ən geci 3 dekabr 844, Mədinə, Abbasilər – ən tezi 25 dekabr 873 və ən geci 4 yanvar 874, Səmərra, Abbasilər) — Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə.

Həsən əl-Əskəri
Doğum tarixi 3 dekabr 845
Doğum yeri Mədinə
Vəfat tarixi 1 yanvar 874
Vəfat yeri Səmərra
Dəfn yeri Əl-Əskəri məscidi
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.[1]
  • Allah-taala öz əzəmət nurundan istədiyi qədər elçisinin qəlbinə göstərmişdir.[2]
  • Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz.[3]
  • Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.[4]
  • Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər.[5]
  • Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun.[6]
  • Əgər dünya əhli öz ağlından istifadə etsəydi, dünya viran qalardı.[7]
  • Ən az rahatlığı olan insan, kin bəsləyən şəxsdir.[8]
  • Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan.[9]
  • İmam Əskəri (ə): "Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın."[10]
  • Mənim Samirrada qəbrim Fəratın hər iki tərəfinin sakinlərinin əmin-amanlığına səbəbdir.[11]
  • Nadanlıq insanın düşmənidir.[12]
  • Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması.[13]
  • Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz.[14]
  • Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.[16]
  • Üzün gözəlliyi zahirin gözəlliyi, ağlın gözəlliyi isə batinin gözəlliyidir.[17]
  • Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin.[18]

İstinadlar

redaktə
  1. Biharul-Ənvar, c.3, səh.41, hədis16
  2. əl-Kafi, c.1, səh.95, hədis 1.
  3. əd-Dürrə əl-Bahirə, səh. 43
  4. Biharul-Ənvar, c. 70, səh. 111, hədis 14
  5. "Bismillahir-rəhmanir-rəhim"i təfsir edərkən. ət-Tovhid, səh.321 , hədis 5
  6. Biharul-Ənvar, c. 78, səh. 255, hədis 17
  7. Biharul-Ənvar, c. 78, səh. 377, hədis 3
  8. Tuhəful-Uqul, səh.488
  9. Tuhəful-Uqul, səh. 489
  10. Biharul-Ənvar, c. 78, səh. 374, hədis 24
  11. Əbu Haşim Cəfəriyə xitabən buyurub. Biharul-Ənvar, c.102, səh. 59, hədis 1
  12. Əddurətul-Bahirə, səh.44
  13. Biharul-Ənvar, c. 78, səh. 374, hədis 35.
  14. Ə‘lamud-Din. səh. 313
  15. Biharul-Ənvar, c.69, səh. 407, hədis 115
  16. Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.
  17. Əlamud-Din, səh.313
  18. Biharul-Ənvar, c. 78, səh. 374, hədis 22.