Allah qatında insandan üstün heç bir varlıq yoxdur. Məhəmməd
Allah qorxusu ilə ağlayan gözə Cəhənnəm atəşinin toxunması haramdır. Allah qorxusu ilə gözündən yaş axana qiyamətdə əzab olmaz. Məhəmməd
Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər. Məhəmməd
Allah olmasaydı, onu uydurmaq lazım gələrdi. Volter
Allah öldü: indi biz istəyirik ki, Fövqəlbəşər insan yaşasın. Fridrix Nitsşe
Allah özü ölümü yaddan çıxarmamağa səni məcbur edir. Marsial
Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər. Məhəmməd
Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür. Məhəmməd
Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir. Paulo Koelyo
Allaha ibadət edənlər, hər şeydən əvvəl, kainatın nizamında, onu idarə edən ağıllı və müdrik bir varlığın varlığının yenilməz sübutunu tapırlar. Lakin bu nizam səbəblər və ya şəraitlər tərəfindən mütləq şəkildə əmələ gələn, bəzən bizim üçün əlverişli, bəzən isə zərərli olan bir sıra hərəkətlərdən başqa bir şey deyil: biz bəzilərini bəyənirik, digərlərindən isə şikayət edirik. Pol Anri Holbax
Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır. Mövlana Cəlaləddin Rumi
Allahdan ayrılan əxlaqa inamdan möhkəm yapışır.Fridrix Nitsşe
Allahı yad edənlərdən başqa hamı dodaqları təşnə halda öləcək. Məhəmməd
Allahın ən xoşlamadığı şey halal qadını boşamaqdır. Məhəmməd
Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin. Ərəb atalar sözləri
Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən? Mövlana Cəlaləddin Rumi
Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov
Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir." Mövlana Cəlaləddin Rumi
Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. Tomas Cefferson
Allahın yanında o şəxsi daha çox sayırıq ki, öz hakimiyyəti altında olan günahkarları bağışlayır. Məhəmməd
Allahlar bizi cəzalandırmaq istəyəndə dualarımızı eşidirlər. Oskar Uayld
Allahlara qarşı təhqirə görə allahlar özləri qisas alsınlar). Latın atalar sözləri
Allah - təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar. Məhəmməd
Allah - təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir. Məhəmməd
Allah - təala, bəndəsinin ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər. Məhəmməd
Allah - təala boş söz-söhbətləri sizə qadağan etdi. Məhəmməd
Allah - təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir. Məhəmməd
Allah - təala duada israr edənləri sevər. Məhəmməd
Allah - təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir. Məhəmməd
Allah - təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahu-zarını eşitsin. Məhəmməd
Allah - təala yalnız rəhimli bəndələrinə rəhm edər. Məhəmməd
Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
Bir dəfə Məhəmməd peyğəmbər həsir üstündə yatmışdı və qalxanda üstbaşı çox çirklənmişdi. Kimsə ona dedi: “Ey Allahın elçisi! Əgər istəsəydin mən sənə yumşaq yataq göndərərdim”. Məhəmməd peyğəmbər cavab verdi: “Bu dünyada mənə nə lazımdır? Axı, mən burada ağacın kölgəsində dincələn və tezliklə gedəsi bir səyyah kimiyəm”. Məhəmməd
Bir işi görmək istərkən əvvəlcədən düşünüb-daşınmaq, götür-qoy etmək Allahın məsləhətidir, tələm-tələsikliyə yol vermək şeytan fitnəsidir. Məhəmməd
Bir qardaşına onun xəbəri olmadan yardım edən şəxsə Allah dünyada da, axirətdə də yardım edər. Məhəmməd
… Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir. Fridrix Nitsşe
Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
Daha sadə düşüncə çox vaxt Allahın dəyərli hədiyyəsidir. Konrad Adenauer
Doğrudan, Sən əzəmətlisən, ey Külli-İxtiyar Yehova! Sənin mislin yoxdur, Səndən başqa Allah yoxdur. Bütün eşitdiklərimiz buna sübutdur. - Bibliya, 2 İşmuil 7:22
Hökmdar 3 şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü - hakimiyyət əbədi deyil. Aqafon
İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1]Mahatma Qandi
Yehova Mənəm, başqası yoxdur. Məndən başqa Allah yoxdur. Məni tanımadığın halda, belini kip qurşayacağam ki, gündoğandan günbatanadək bütün insanlar bilsin, məndən başqası yoxdur. Yehova Mənəm, başqası yoxdur. [2]