İncəsənət nədir. (Lev Tolstoyun əsəri)
Lev Tolstoyun əsəri
İncəsənət nədir? - Görkəmli rus yazıçısı Lev Tolstoyun əsəri.
Əsərdən sitatlar
redaktəA | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Azğın sənət insanlar üçün anlaşılmaz ola bilər, amma yaxşı sənət hər zaman hamı üçün başa düşüləndir.
B
redaktə- Bədii əsər hər hansı digər mənəvi fəaliyyətdən onunla fərqlənir ki, onun dili hamı üçün başa düşüləndir, fərq qoymadan hamıya sirayət edir.
E
redaktə- Estetik nəzəriyyələr və bu elmin adı təxminən 150 il əvvəl yaranmışdır.
G
redaktə- “Gözəl” deyiriksə, bu heç də obyektin yaxşı olması demək deyil.
- Gözəlliyə təslim olduqca yaxşılıqdan uzaqlaşırıq.
- Gözəlliyin bütün estetik tərifləri iki əsas baxışa gəlir: birincisi, gözəlliyin özlüyündə mövcud olan bir şey olması, mütləq kamilliyin - ideyanın, ruhun, iradənin, Tanrının təzahürlərindən biri olması, ikincisi isə gözəlliyin müəyyən bir şəxsi mənfəət məqsədi güdmədən aldığımız həzz növü.
- Gözəlliyin obyektiv tərifi yoxdur.
İ
redaktə- İçimizdə şəhvət oyatmadan, bəyəndiyimizi gözəllik kimi tanıyırıq.
- İncəsənət insanlar arasında ünsiyyət vasitələrindən biridir.
- İncəsənətin məqsədi rəssamın yaşadığı hissləri insanlara sirayət etməkdir.
- İnkişaf və təhsil səviyyəsindən asılı olmayaraq, incəsənət insanlara təsir göstərir.
M
redaktə- Mən istedadı qabiliyyət adlandırıram: şifahi sənətdə öz fikirlərini və təəssüratlarını asanlıqla ifadə etmək və xarakterik detalları görmək və yadda saxlamaq.
- Musiqi nə gözəl, nə də çirkin ola bilər.
R
redaktə- Rus dilində "gözəllik" sözü ilə biz yalnız görmə qabiliyyətimizi sevindirən şeyi nəzərdə tuturuq.
S
redaktə- Sənət nitqlə birlikdə ünsiyyət, deməli tərəqqi, yəni bəşəriyyətin kamilliyə doğru irəliləməsi vasitələrindən biridir.
Mənbə
redaktə- Толстой Л. Н. Полное собрание сочинений: В 90 тт. Т. 30. М.: Художественная литература, 1951. 606 с.