İohann Stobey
İohann Stobey (V əsr) — Bizans yazıçısı.
İohann Stobey | |||
Doğum tarixi | 5. əsr | ||
Doğum yeri | Stobi | ||
Vəfat tarixi | 5. əsr | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı çox iş görən deyil, lazım olanı edəndir.
B
redaktə- Biant deyir: Düşün və düşünəndən sonra üzərinə götür; başlanğıcda yavaş, tamamlamada sabit olmaq.
- Böyük də böyük müsibətlər çəkir.
D
redaktə- Demokrit deyirdi ki, dinc həyatdan həzz almaq üçün ictimai və ya şəxsi işlərdən narahat olmaq, gücündən artıq yük götürmək məsləhət deyil.
- Diogen dedi ki, fəzilət nadir hallarda şəhərlərdə və zəngin evlərdə yaşayır.
H
redaktə- Harda qadın tapılarsa, orada bədbəxtliyin səbəbi var.
- Həqiqətin gücü istənilən insan fantaziyanı asanlıqla üstələyir.
İ
redaktə- İnsan yalnız hava və kölgədir.
- İstirahətdən sonra iş xoşdur.
Q
redaktə- Qadın üçün ən yaxşı zinət qüsursuz xasiyyətdir.
- Qürur, çoban kimi insanları istədiyi yerə aparır.
P
redaktə- Platon deyirdi: Gəmi, araba, ordu və ya içki içən bir adamın idarə etdiyi başqa bir şey xarab olacaq və uçuruma gedəcək.
S
redaktə- Sokrat kim sakit həyat sürəcək sualına cavab verdi: günahı olmayan kimsə.
- Sokratdan ehtiyatlılığın nə olduğunu soruşduqda belə cavab verdi: ruhun bəzəyi. Yelkənsiz gəmi özünü zəruri alətlərlə təchiz etməli olduğu kimi, buna görə də həyatı ehtiyatla dəstəkləmək lazımdır. Heç kim cilovsuz atdan istifadə edə bilmədiyi kimi, ehtiyatsız sərvətdən də təhlükəsiz istifadə edə bilməz. Və xüsusilə bu üç şeyi öz şagirdlərinə tövsiyə etmişdir: nəfsdə ehtiyatlılıq, dildə sükut, sifətdə həya.
- Sokratdan kim xəsisdir deyə soruşduqda belə cavab verdi: O kəs ki, murdar qazanc əldə etmək niyyətindədir, qohumlarına və dostlarına kömək etməz.
Ü
redaktə- Ümid insanların əksəriyyətini qidalandırır.
V
redaktə- Var-dövlət dost deyil, dost var-dövlətdir.[1]
Y
redaktə- Yaxşı insan, bədbəxtlikləri dözə bilməyəcək qədər çox olduqda həyatı tərk edir; pis insan isə həddindən artıq firavan və qalib olduqda həyatı tərk edir.
Z
redaktə- Zarafatlardan duz kimi, az-az istifadə etmək lazımdır.
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.93