İosif StalinSSRİ lideri. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

İosif Stalin
Doğum tarixi 18 dekabr 1878
Doğum yeri Qori
Vəfat tarixi 5 mart 1953
Vəfat yeri Kuntsevo kotteci
Dəfn yeri Kreml divarı nekropolu
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Hitler gələr və gedər, amma Almaniya və Alman xalqı qalacaq.
  • " … Ancaq uşaq kimi düşünən adamlar belə güman edə bilərlər ki, topların qanunları tarixin qanunlarından güclüdür, güya Nankində atəş açmaqla tarixin çarxını tərsinə döndərmək olar… İmperializm tarixində qorxutma siyasətinin öz " əsasları" vardır. Lakin şübhə ola bilməz ki, bu siyasət yaramır və heç bir nəticə vermir ".
  • Bir-iki kəlmə dağıdıcı, təxribatçı, casus və s… haqqında. İndi məncə, hamıya aydındır ki, indiki dağıdıcı və təxribatçılar nə qədər trotskiçi və ya buxarinist bayrağına sığınsalar da, çoxdan siyasi cərəyan olmaqdan çıxıblar. Fəhlə hərəkatında onlar peşəkar dağıntıların, təxribatçıların, casusların və qatillərin prinsipsiz dəstəsinə çevrildilər. Aydındır ki, bu bəylər fəhlə sinfinin düşməni, Vətənimizin xaini kimi amansızcasına qırılmalı və kökündən qoparılmalı olacaqlar. Bu aydındır və əlavə izahat tələb etmir.
  • Bir insanın ölümü faciədir, on insanın ölümü dramatikdir, bir milyon insanın ölümü isə yalnız bir statistikadır.
  • Bizlər inkişaf etmiş ölkələrin 50 ya da 100 il gerisindəyik və bunu 5 il içində düzəltməliyik. Ya bunu edərik ya da bizi yox edərlər.
  • Bu döyüş başqa cür bir döyüşdür . Hər kəs sistemini ordularının çata bildiyi yerə qədər təlqin edər. Bu başqa cür də ola bilməz. Əgər bu anda Parisdə kommunist bir hökumət yoxdursa, bunun səbəbi 1945-ci ildə Sovet ordusunun oraya çatacaq qədər güclü olmamasıdır.
    • İkinci Dünya müharibəsi'ndən bəhs edir.
  • Demək adi hərif öldü! Çox pis; onu canlı ələ keçirə bilmədik.
    • aprel 1945. Hitlerin intihar etdiyini eşidincə.
  • Dünənkinə sağ ol, bugünkünə cavab ver.
  • Əgər düşmən təslim olsa, hər şey yaxşı və olması lazım olduğu kimidir. Əgər təslim olmağı rədd edirsə, onu biz təslim etməliyik.
  • Əgər sərmayə, Sovetlər Respublikasını dağıtmağa müvəffəqiyyətli olsa nə olacaq? Bütün kapitalist və koloniya ölkələrdə qaranlıq bir qarşı hücum çağı başlayacaq, işçi sinfinin və əzilənlərin boğazlarına yapışılacaq və beynəlxalq kommunizmin bütün cəbhələri itiriləcək.
  • Fikirlər silahlardan daha güclüdür. Biz düşmənlərimizin silah sahibi olmalarına icazə vermədik, niyə fikir sahibi olmalarına icazə verək ki.
  • Hətta rus aristokratları bir vaxtlar çar sarayında və salonlarda fransız dili ilə oynayırdılar. Onlar rusca danışarkən fransızca büdrədikləri, rus dilində ancaq fransız ləhcəsi ilə danışa bildikləri ilə fəxr edirdilər.
  • İpək əlcəklərlə inqilab edə bilməzsiniz.
  • Kadrlar hər şeyi həll edirlər.
    • 1935-ci ildə hərbi akademiyanın buraxılışındakı çıxışında deyib.
  • Kapitalistləri asdığımızda, kəndirləri bizə onlar satacaqlar.
  • Kim ki, mənimlə deyil, o mənə qarşıdır.[1]
  • Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu zibil atacaqlar, amma tarixin küləyi amansızcasına onları dağıdacaq!
  • Mən getdiyim zaman, kapitalistlər sizi kor pişik balaları kimi boğacaq.
  • Nə etməliyik? Qibtə etməliyik!
  • Ölüm bütün problemləri həll edər, insan olmazsa, problem də olmaz.
  • Sovet ordusunda geri çəkilmək irəli getməkdən daha çox ürək istər.
  • Şeytan bizimlədir, birlikdə qazanacağıq.
    • İkinci Dünya müharibəsi əsnasında Çörçilin "Tanrı bizimlə"sözünə cavab olaraq.
  • Tarixin göstərdiyi kimi, məğlubedilməz ordular yoxdur.
  • Yazıçılar insan ruhunun mühəndisləridir.
  • Yəhudi əleyhdarlığı, irqçi şovinizmin həddindən artıq bir növü olaraq, adamyeyənliyin ən təhlükəli əsəridir.

Haqqında sitatlar

redaktə
  • Rusiya üçün böyük xoşbəxtlik idi ki, ən çətin sınaq illərində ölkəyə dahi və sarsılmaz sərkərdə Stalin rəhbərlik edirdi. O, bütün həyatının keçdiyi dönəmdə bizim dəyişkən və çətin dövrümüzü heyran edən ən görkəmli şəxsiyyət idi. Stalin qeyri-adi enerjiyə və əyilməz iradəyə malik, kəskin, sərt, danışıqda amansız bir insan idi, hətta burada Britaniya parlamentində yetişdirilən mən də heç nəyə qarşı çıxa bilmədim. Stalin hər şeydən əvvəl böyük yumor və sarkazm hissi və düşüncələri dəqiq qavramaq qabiliyyətinə malik idi. Bu qüvvə Stalində o qədər böyük idi ki, o, bütün dövrlərin və xalqların dövlət rəhbərləri arasında unikal görünürdü. Stalin bizdə ən böyük təəssürat yaratdı. O, dərin, hər bir çaxnaşmadan məhrum, məntiqi mənalı bir müdrikliyə sahib idi. O, çətin anlarda ən ümidsiz vəziyyətdən çıxış yollarını tapmaqda yenilməz ustadı… O, qeyri-adi mürəkkəb şəxsiyyət idi. O, böyük bir imperiya yaratdı və özünə tabe etdi. Düşmənini öz düşməni ilə məhv edən adam idi. Stalin Rusiyanı şumla ələ keçirən və onu atom silahları ilə tərk edən dünyanın ən böyük, misilsiz diktatoru idi. Uinston Çörçill

Vikipediyada İosif Stalin haqqında məqalə var.

İstinadlar

redaktə
  1. Xəzinə. Bakı, 1997, səh.102.