Allah mərkəzi hər yerdə, çevrəsi isə heç yerdə olmayan dairədir. N.Kuzanlı
Allah olmasaydı, onu uydurmaq lazım gələrdi. Volter
Allah öldü: indi biz istəyirik ki, Fövqəlbəşər insan yaşasın. Fridrix Nitsşe
Allah özü ölümü yaddan çıxarmamağa səni məcbur edir. Marsial
Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır. Mövlana Cəlaləddin Rumi
Allahdan ayrılan əxlaqa inamdan möhkəm yapışır.Fridrix Nitsşe
Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin. Ərəb atalar sözləri
Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən? Mövlana Cəlaləddin Rumi
Deorum injuriae Diis curae. (Tərcüməsi: Allahlara qarşı təhqirə görə allahlar özləri qisas alsınlar). Latın atalar sözləri
Allah insana ancaq bir dəfə yaxşılıq edir - dünyaya gətirir! Qalan zamanda ancaq pislik edir. Babayev Azad
Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" - Artur Şopenhauer
Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir. - İsaak Nyuton
Doğrudan, Sən əzəmətlisən, ey Külli-İxtiyar Yehova! Sənin mislin yoxdur, Səndən başqa Allah yoxdur. Bütün eşitdiklərimiz buna sübutdur. - Bibliya, 2 İşmuil 7:22
Hökmdar 3 şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü - hakimiyyət əbədi deyil. - Aqafon
Mən Tanrıya inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. Lev Tolstoy
Mən inanıram ki, Müqəddəs Kitab Tanrının insana verdiyi ən yaxşı hədiyyədir. Dünyanın Xilaskarından olan bütün yaxşı şeylər bu kitab vasitəsilə bildirilir. Avraam Linkoln
Mən yalnız Tanrı və tarix qarşısında məsuliyyət daşıyıram. Fransisko Franko
Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[2]Mahatma Qandi
Tanrı kəliməsi mənim üçün insanın zəifliyinin bir ifadəsi və məhsulundan başqa bir şey deyil. İncil də ulu bir kitabdır, amma primitiv əfsanələrdən ibarət bir kolleksiyadır və eyni zamanda olduqca uşaq dilindədir. Albert Eynşteyn
Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. Yalnız insan onu bütün hissələri ilə ona verərsə bu mümkündür. - Oskar Uayld
Sevgili Tanrı, məndə sən istisna olmaqla bütün liderlərin şəkilləri var. (Norman.. Norman 6 yaşında olan bir uşaqdır. Amerika və Avropada uşaqlardan Tanrı haqqında nə düşündüklərni soruşublar və bu Normanın fikri idi.)
Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam... - Albert Eynşteyn
Yehova Mənəm, başqası yoxdur. Məndən başqa Allah yoxdur. Məni tanımadığın halda, belini kip qurşayacağam ki, gündoğandan günbatanadək bütün insanlar bilsin, məndən başqası yoxdur. Yehova Mənəm, başqası yoxdur. [3]