İtaətkarlıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biz minillər boyu mütləqiyyət rejimi şəraitində yaşamışıq. Həmişə başımızın üstündə ağalar, hakimlər olub. Millət itaətkarlıq ruhunda tərbiyə olunub. İtaətkarlıq milləti həmişə məhkum edən şeydir… Başı yalnız mədəsinə qarışır. Amma cümhuriyyət quruluşu gərək milləti dövlət işinə cəlb edə. Yəni millət dövlətini idarə etməyi bacara. Bir var adamın öz övladı ola, bir də var millətin övladı ola. Öz övladımıza cani-dildən qulluq edirik. Amma dövlətimizə cani-dildən qulluq edirikmi? Milləti öz övladımız sayırıqmı? Bizdə prezidentlik olsa, bir neçə ildən sonra həmin prezident ətrafına dost-aşnasını, qohum-qardaşını, yerlilərini yığacaq və bir azdan özünü diktator elan edəcək! Forma dəyişəcək, sistem əvvəlki qalacaq. Ona görə bizə xalq cümhuriyyəti lazımdır, seçilmişlərin cümhuriyyəti yox![1](Sitat Şirməmməd Hüseynovun dilindəndir.) Məhəmməd Əmin Rəsulzadə
  • Fərdi itaətkarlıq təkcə avtoritar cəmiyyətin gücünün deyil, həm də zəifliyinin təməl daşıdır. — Robert Anton Vilson

İstinadlar

redaktə