Əbülfəz Zun-nun Misri

Əbülfəz Zun-nun Misri
Doğum tarixi 796
Doğum yeri Ahmim
Vəfat tarixi 859
Vəfat yeri Qahirə, Cizə
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah haqqında bilik üç növdən ibarətdir: teoloji, fəlsəfi və mistik. Teoloji bilik tövhid və ya birləşmə ilə əlaqədardır. Fəlsəfi bilik ağıl vasitəsilə əldə edilən son həqiqət anlayışı ilə məşğul olur. Mistik bilik Allahın zatını bilməkdir. Buna övliyalar müşahədədən sonra və ya nurlu qəlblərində Allah üzərində düşünməklə nail olurlar.
  • Allahı sevənin əlamətləri: Peyğəmbərin əxlaqına, əməlinə, əmrlərinə və sünnəsinə əməl etməkdir.
  • Başqasından insaf istəyib özü insafsız olana ağıllı deməzlər.
  • Bir Allah bəndəsi ki, vaxtını boş keçirə, bihudə şeylərə vaxt sərf edə, Allah-Təalanı anmaya, bil ki, Allah ondan üz döndərib.
  • Elə bir zaman gələcək ki, axmaqlar ağıllılardan üstün tutulacaqlar.
  • Əlinə keçən iki şeydən hanısın halal olduğunu seçməyə çalışmayan bir kəs Allah yolunda qurtuluşa yetişməz.
  • Xalqın eybləri ilə məşğul olan öz eybini görməz.
  • Qəlbin ölməsinin dörd əlaməti vardır: insan ibadət şirinliyini hiss etməz, Allahdan qorxmaz , qınama qulaq asmaz, ona öyrədilən elmi qəbul etməz
  • Qəlbinin yumşalmasını istəyirsənsə , daha tez-tez oruc tut, yumşalmazsa, namaz qıl, yumşalmazsa, sədəqə istə, yumşalmazsa, yetimlərə rəhm et
  • Qorxan bir arif ol. Halını rast gəldiyin hər adama bildirmə. Duyğularını hər oturduğu yerdə açana arif deməzlər.
  • Yaşlılar dururkən məclisdə gənclər danışırsa, o söhbətin xeyrindən ümid kəsilsin gərək.

İstinadlar

redaktə