Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
Adətən, siz deyirsiniz ki, Allah hər şeyi insanlar üçün yaradıb. Müdriklər üçün? O halda, o bu qədər az adam üçün nə qədər böyük səy göstərib. Yaxud, axmaqlar üçün? Əgər bütün axmaqlar ən çox axmaq oduqlarına görə bədbəxt insanlardısa, o zaman Allah nəyə nail olub? Mark Tulli Siseron
Axmaq adam həyatın ləzzətini axtarır və özünü aldanmış görür. Ağıllı adam çətinliklərdən qaçar. Bu işdə uğursuz olsa da, bu, artıq onun axmaqlığından deyil, bəxtindəndir. Uğur qazananda da aldanmayıb. Artur Şopenhauer
Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. Bencamin Franklin
Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr. Başqırd atalar sözləri
Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov
Anamın bir axmaq böyütmədiyni, hamı gördü. Tupak Şakur
Ateizm - ağıllı, xurafat isə axmaq adamların qüsurudur. Volter
Barmağı ilə səmanı göstərənin barmağına yalnız axmaq adam baxır. Albert Eynşteyn
Bəli, ağıllı bir insanla bədbəxt ola bilərsiniz, axmaqla xoşbəxt isə heç vaxt. Daniel Defo
Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır. Jan Batist Molyer
Bir axmağı xidmət etməyə dəvət etməklə hökmdar üç böyük bəla tapacaq: pis bir nüfuz, var-dövləti itirmək və ölümdən sonra cəhənnəm. Çanakya/Hökmdar
Bir qadın kişiyə onun ən ağıllı olduğunu söyləyirsə , o zaman anlayır ki, başqa belə axmaq tapmayacaq. Faina Ranevskaya
Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik. Martin Lüter Kinq
Biz elə bir dünyada yaşayırıq ki, bir axmaq çox axmaq törədir, bir müdrik isə az müdrik. İohann Fixte
Bu, bəlkə də həmişə xarakterik olub. Biz gəncə özümüzün axmaq olduğumuzu göstərməkdən qorxmurduq. Mübahisələr və ziddiyyətləri kəskinləşdirməkdən heç vaxt çəkinmədik. Nils Bor
Demokratiyada vicdanlı siyasətçiyə ancaq o zaman dözmək olar ki, o, çox axmaqdır. Çünki xalqın yarıdan çoxunun qərəzli fikirlərini ancaq çox axmaq adam səmimi şəkildə bölüşə bilər. Bertran Rassel
Dünyanın müdrik insanları çoxdan belə bir qənaətə gəliblər ki, tənbəl insan, bir qayda olaraq qorxaq və iradəsizdir. İradəsiz insan isə qorxaq və lovğadır. Lovğa insan qorxaq, axmaq və cahildir. Axmağın, cahilin şərəf haqqında anlayışı yoxdur. Şərəfsiz isə tənbəldən dilənir, acgözdür, fərasətsizdir, ətrafdakılara yaxşlılıq arzu etmir. Abay Kunanbayev
Əgər axmaq sizə ətrafdakı hər kəsin axmaq olduğunu deyirsə, onun özünün axmaq olması faktı, onun səhv danışdığına dəlalət etmir. Əgər o desə ki, qalan hər kəs “onun kimi” axmaqdır, o zaman o, öz ağlını göstərər. Umberto Eko
Əgər insan özü kimisini, yaxud, özündən yaxşısını tapa bilməsə, qoy tənhalığa çəkilsin: axmaqla dostluq tutmaz. Qautama Budda
Əsli-nəcabəti nəcib olmayan hökmdar, axmaq övlad böyütmüş alim, qəflətən zənginləşmiş kasıb ətrafındakıların onlara qarşı laqeyd münasibət göstərdiyinin şahidi olurlar. Çanakya/Hökmdar
Əslində axmaq sarışın deyə bir şey yoxdur. Sadəcə kişilərin diqqətini çəkmək üçün, saçlarını sarıya rəngləyən axmaqlar var. Bob Dilan
İnanın ki, özümüzü məlumatlı adam kimi göstərmək heç də çətin deyil. Əsas odur ki, səni cahil, məlumatsız hesab etməsinlər. Bunun üçün manevr etmək, çətin vəziyyətlərdən qaçmaq, maneələri dəf etmək və ensiklopediya lüğətindən istifadə edib başqalarının ağzını yummaq lazımdır. Çünki, bütün insanlar axmaq, cahil və yarımayan odun kötüyü kimidir. Gi de Mopasson
İnanıram ki, ən axmaq ingilis belə, ən axmaq amerikalıdan on qat daha ağıllıdır. Madonna
Mən tərəfdaşımın nə dərəcədə ağıllı və ya axmaq, xeyirxah və ya qəzəbli olduğunu, nə düşündüyün bilmək istəyəndə sifətimə onun üzünün ifadəsini verməyə çalışır, sonra isə məndə hansı fikirlərin, hisslərin yaranacağını gözləyirəm. Edqar Allan Po
Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa ona görə axmaqdır ki, elə bilir, məhəbbəti dərk etməyə qadirdir. Paulo Koelyo
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli
Sözdə qadınların siyasi gücləri yoxdur. Amma ağıllı qadınlar, axmaq ərlərini heç bir əziyyət çəkmədən parlamentə soxar, hətta nazir kürsüsündə belə otuzdurar. Corc Bernard Şou
Su axar çuxurunu tapar, axmaq axmağa heyran olar. Bualo
Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir. Pyer Büast
Südəmər bir uşaq tutmamış maya, Tutmayın siz, axmaq, xəstə bir dayə, Süd ilə bədənə girərsə azar, O, bədəndən, yalnız öləndə çıxar! Nəsirəddin Tusi
Yaxşı ürəkli ağılsız bir axmaq, pis ürəkli ağıllı axmaqlar qədər bədbəxtdir. Bilinən bir gerçək bu - mən yaxşı ürəkli, ağılsız axmağın biriyəm. Sən də ağıllı, pis ürəkli bir axmaqsan. İkimiz də bədbəxtik, ikimiz də acı çəkirik. Fyodor Dostoyevski