Əhvədi
(Əhvədi Marağayi səhifəsindən yönləndirilmişdir)
Əhvədi Marağalı (1274-1358) - Azərbaycan şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Bacarırsan bir sınıq ürəyi ələ gətir. Yoxsa xalqın ürəyini sındırıb incitmək hünər deyil.
- Bir bədəndə iki baş olmadığı kimi bir ürəkdə də iki eşq yaşamaz.
ÇRedaktə
- Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək.
DRedaktə
- Dünyada ən asan şey qeqi-qodu etmək, ən çətin şey isə özünü tanımaqdır.
ERedaktə
- Elmi oğru apara bilməz, əcəl də öldürə bilməz. Elm zamanın gərdişindən nə xarab olandır, nə də seldə, suda batıb qərq olan.
- Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir.
ƏRedaktə
- Əgər həyan olsa, lovğa olmazsan,
Mənasız işlərə meyl salmazsan.
- Əməlsiz elm ayağa cidardır.
HRedaktə
- Hər kəs ki, lovğalıq və məğrurluq yükü altındadır, o mərifətdən kəmdir.
- Hər kəs qayğısız bir nəfəs çəkirsə, hər çəkdiyi nəfəs də xəcalət çəkməlidir.
- Hər kimin yol göstərən ağıl çırağı olsa, o, qaranlıq gecədə də yolunu azmaz.
KRedaktə
- Kim vəfa yoluna mərdanə gəldi,
Ordan comərdliyə qalxıb yüksəldi.
QRedaktə
- Qanadın yoxdursa, yüksəklərə uçmaq təşəbbüsündə olma.
- Qocalığa cavanlıqdan hazırlaşmaq lazımdır.
NRedaktə
- Nursuz göz kimidir elmsiz ürək.
Nadan insanlıqdan uzaqdır gerçək
ORedaktə
- O adamın nəsihəti düz ola bilər ki, əməli dedikləri ilə uyğun gəlsin.
ÖRedaktə
- Öz halına uyğun deməsən sözü,
İstəyin qəbula yetişməz düzü.
SRedaktə
- Sən ancaq öyrənməklə ucalarsan.
- Sənin öz qəlbinə yatmayan sözü,
Yaxşı hesab etmir hikmətin özü.
- Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar.
ZRedaktə
- Zarafat üzlərin tökər suyunu,
Artırsan pisliklə qurtarar sonu.
MənbəRedaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
- Xəzinə. Bakı,1997