Elm
təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
- Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. İsa
- Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. Əbu Turxan
- Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Emil Zolya
- Atom indi daha yeni, radioaktivlik xətti boyunca öyrənilir və bir çox hallarda aktiv şüalanmanın davam etdiyi aydın olur. Bu kəşfin hara aparacağını söyləmək mümkün deyil, çünki radioaktiv maddələrin tədqiqi hələ başlanğıc mərhələsindədir və əslində çox az şey məlumdur. Əvvəlki fizika elminin çox hissəsi radiumun kəşfi ilə inqilab etdi və elm adamları nə qədər çox bilsələr, bizim çox böyük kəşflərin astanasında dayandığımızı (özlərinin də başa düşdüyü kimi) bir o qədər aydın olur. Alisa Beyli
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagirdlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B
redaktə- Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq. Jül Vern
- Bizi elmli edən oxuduqlarımız deyil, beynimizə yerləşdirdiklərimizdir. Frensis Bekon
- Bizim sabiq “cəmiyyəti xeyriyyə” bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil… Həsən bəy Zərdabi
- Bu gün dünyanın ən sivil ölkələri gəlirlərinin maksimumunu müharibəyə, minimumunu isə təhsilə xərcləyir. İyirmi birinci əsr bu nizamı dəyişdirəcək. Cahilliklə mübarizə aparmaq, döyüş meydanında ölməkdən daha şərəfli olacaq. Yeni elmi həqiqətin kəşfi diplomatların çəkişməsindən daha vacib olacaq. Hətta dövrümüzün qəzetləri də elmi kəşfləri, təzə fəlsəfi konsepsiyaların yaradılmasını xəbər kimi qəbul etməyə başlayırlar. İyirmi birinci əsrin qəzetləri cinayət və ya siyasi mübahisələr haqqında məlumatlara arxa səhifələrdə sadəcə “çubuq” qoyacaq, lakin birinci səhifələrdə yeni elmi fərziyyənin elan edilməsinə başlıq verəcək. Millətlər bir-birini öldürmək kimi vəhşi təcrübədə davam etdikcə, bu cür irəliləyiş mümkün olmayacaq. Mənə atamdan miras qalmışam, sülh üçün çox çalışan arif insan, müharibəyə nifrət. Nikola Tesla
- Bütün elmlərin açarı sual işarəsidir. Onore de Balzak
- Bütöv elm kontekstinə salınmamış ayrıca bir ideya, nə qədər dərin olsa belə, hələ elmi bilik sayıla bilməz. Əbu Turxan
- Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Əbu Turxan
C
redaktə- Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır. Delbryuk
D
redaktə- Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birə beş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bəqədr məqdur özümüz gərək verək. Belədə iş irəli gedə bilər… Həsən bəy Zərdabi
- Dedim ki, ürəyim elmdən xəbərsiz olmayıb. İndi ki, ağlın gözü ilə baxıram-məlum olur ki, hələ heç bir çey bilmirəm. Nəsirəddin Tusi
- Dəniz xəstəliyini məndə dəniz yox, insanlar törədir. Ancaq qorxuram, çünki, elm hələ bu xəstəliyə bir çarə tapmamışdır. Albert Eynşteyn
- Dini inkar edən elm topal, elmi inkar edən din kordur. Albert Eynşteyn
- Dinsiz elm kor, elmsiz din isə topaldır. Albert Eynşteyn
- Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç
- Dünyada elmi təhsil etmək çətin olsa da, yaddan çıxarmağı çox asandır. Amma cəhalət və nadanlıq təhsili nə qədər asan olsa, zayil olmağı çox çətindir. Albert Eynşteyn
- Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bilinsə, insanların da yaxşısı elmi-əxlaq ilə məlum olur. Məhəmməd Tağı Sidqi
- Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır. Məhəmməd Tağı Sidqi
- Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın. Məhəmməd peyğəmbər
- Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür. Cəmaləddin Əfqani
- Dünyanın var-yoxu elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir. Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm.... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et.. Nəsirəddin Tusi
- Düşüncə tarixində yəqin ki, indiki dövrə tamamilə bənzəyən bir dövr olmamışdır. Hər yerdə mütəfəkkirlər iki şeyin şüurundadırlar, birincisi, sirr bölgəsi indiyə qədər heç vaxt bu qədər aydın şəkildə müəyyən edilməmişdir, ikincisi, bu bölgəyə indiyə qədər olduğundan daha asan daxil olmaq olar; buna görə də, bütün məktəblərin müstəntiqləri öz axtarışlarını qətiyyətlə davam etdirsələr, bəlkə də bəzi sirləri açmağa müvəffəq ola bilərlər. Həyatın və varlığın məlum faktlarını öyrənərkən qarşılaşdığımız problemlər, indiyə qədər olduğundan daha aydın tərifə həssasdır və suallarımızın cavabını bilməsək də, hələ də öz problemlərimizin həlli yollarını kəşf etməmişik. Problemlər, baxmayaraq ki, heç bir panacea (bütün çətinliklərin və ya xəstəliklərin müalicəsi və həlli) bizim əlimizdə hazır olmasa da, dünyanın xəstəliklərini müalicə edə bilərik, lakin onları müəyyən edə bildiyimiz həqiqət, sirrin hansı istiqamətə yönəldiyini göstərə biləcəyimizi və elmin, dinlərin və fəlsəfənin işığının əvvəllər qaranlıqlar diyarı hesab edilən geniş ərazilərə yayılması gələcəkdə uğurun təminatıdır. Müdriklərin və mistiklərin bir neçə dairəsi istisna olmaqla, biz beş yüz il əvvəlki vəziyyətdən daha çox şey bilirik; nə qədər təbiət qanunlarını kəşf etmişik, baxmayaraq ki, "şeylər olduğu kimi" (və mən bu sözləri çox qəsdən seçirəm) olması barədə biliklər sahəsində böyük irəliləyişlər əldə olundu, hələ də onları tətbiq edə bilmirik. Alisa Beyli
E
redaktə- Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri mümkündür. Həsən Əliyev
- Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. Volter
- Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. Viktor Hüqo
- Elm ağılın çırağıdır. Azərbaycan atalar sözləri
- Elm Allahın mövcud olmadığını sübut edə bilməz. İmmanuel Kant
- Elm “alın yazısını” qəbul etmədi, amma “genetik proqram” adı altında onu özü kəşf etdi. Tur Xander
- Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. Sokrat
- Elm atom bombasını icad etməklə heç də pis bir iş görmədi. Çünki, əsl pislik insanların beynində və qəlblərindədir. Albert Eynşteyn
- Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır. Əbu Turxan
- Elm, bilik o qədər böyük həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını unutdura bilər. Konfutsi
- Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır. Xudu Məmmədov
- Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır. Əbu Turxan
- Elm bizim hissi təcrübəmizin xaotik müxtəlifliyinin hansı isə vahid təfəkkür sisteminə uyğunlaşdırılmasıdır. Albert Eynşteyn
- Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. Ralf Uold Emerson
- Elm bütün yaxşılıqların, cəhalət isə bütün pisliklərin başlanğıcıdır. Məhəmməd
- Elm Çində olsa belə arxasıca gedin. Məhəmməd
- Elm dalınca düşənin ruzisini Allah öz öhdəsinə götürər.Məhəmməd
- Elm dərkdən başqa bir şey deyildir. Platon
- Elm dinsiz şikəstdir, din elmsiz kordur. Albert Eynşteyn
- Elm dünyanı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir. Jan de Labrüyer
- Elm dünyanın ən zəngin xəzinələrindən qiymətli olduğu halda, havayi satılır və havayı alınır. Əli
- Elm elm bilməkdir, elm özünü bilməkdir, sən özünü bilməzsənsə, bu necə oxumaqdır. Yunus Əmrə
- Elm əqlin hafizəsidirsə, sənət hissələrin hafizəsidir. V.Solouxin
- Elm əməl üçündür. Sırf əzbərləmək və insanlara anlatmaq üçün deyildir. Əbdülqədir Geylani
- Elm əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil, oxumağa çalışmalıdırlar. Əbu Turxan
- Elm fərziyyələr qəbiristanlığıdır. Anri Puankare
- Elm, həqiqətin aydın dərk edilməsi, ağılın maarifi, həyatın təmiz əyləncəsi, gəncliyin tərifi, qocalığın dayağı, şəhərlərin qurucusu, bədbəxtlikdə müvəffəqiyyət qalası, xoşbəxtlikdə bəzək, hər yerdə sadiq və ayrılmaz yoldaşdır. Mixail Lomonosov
- Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür. Çin atalar sözləri
- Elm həmişə təzədir. Tofiq Hüseynzadə.
- Elm hüdudsuz bir okeandır, mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik. İsaak Nyuton
- Elm ideyalar dramıdır. Albert Eynşteyn.
- Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür. Məhəmməd
- Elm ilə hikmət suyu yandırar. [[]Özbək atalar sözləri]
- Elm inkişafın ön cəbhəsidir, mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir. Əbu Turxan
- Elm insan həyatında ən zəruri, ən gözəl və ən vacib şeydir. Anton Çexov
- Elm insanı pislikdən qoruyar. Əli
- Elm insanı şübhədən, yaxşılıq əziyyət çəkməkdən, qərarlı olmaq isə qorxudan qurtarır. Konfutsi
- Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır. Covanni Viko
- Elm kamil alimlərdən öyrənilir. Alimlərin məclislərində ədəblə oturun. Onların məclislərinə elm və irfanlarından faydalanmaq məqsədilə gedin. Başqa niyyətlərlə getməyin..[1] Əbdülqədir Geylani
- Elm qeyri-fiziki hadisələri öyrənməyə başladığı gün, mövcud olduğu bütün əvvəlki əsrlərdən daha çox bir onillikdə daha çox inkişaf edəcək. Nikola Tesla
- Elm məbədində çoxlu malikanələr var və orada yaşayanlar və onları ora aparan motivlər müxtəlifdir. Bir çoxları elmə yüksək intellektual güc hissi ilə yanaşır; elm onların canlı təcrübə və ambisiyaların məmnuniyyətini axtardığı xüsusi idman növüdür; Məbəddə beyinlərinin məhsullarını bu qurbangahda sırf utilitar məqsədlər üçün təklif edən bir çox başqalarına rast gəlmək olar. Əgər Rəbbin mələyi gəlib bu iki kateqoriyaya aid olan bütün insanları məbəddən qovsaydı, camaat ciddi şəkildə tükənəcəkdi, lakin içəridə həm indiki, həm də keçmişdə olan bəzi adamlar qalacaqdı. Plankımız onlardan biridir və buna görə də onu sevirik. Mən yaxşı bilirəm ki, biz indicə elm məbədinin tikililərinə əsasən, bəlkə də, əsasən, məsul olan bir çox əla adamları təxəyyüldən qovmuşuq; və bir çox hallarda mələkimiz qərar verməyi olduqca çətin bir iş hesab edərdi. Ancaq bir şeyə əminəm: əgər indicə qovduğumuz növlər mövcud olan yeganə növlər olsaydı, məbəd heç vaxt yaranmazdı, ancaq sürünənlərdən ibarət meşə böyüyə bilər. Bu insanlar üçün insan fəaliyyətinin hər hansı bir sahəsi bir nöqtəyə gələrsə, edəcək; mühəndis, zabit, biznesmen və ya alim olmaları şəraitdən asılıdır. İndi gəlin mələyin lütfünü tapanlara bir daha nəzər salaq. Onların əksəriyyəti bir qədər qəribə, ünsiyyətsiz, tənha yoldaşlardır, bu ümumi xüsusiyyətlərə baxmayaraq, rədd edilənlərin ev sahiblərindən daha az bir-birinə bənzəyir. Onları məbədə nə gətirdi? Bu çətin sualdır və heç bir cavab onu əhatə etməyəcək. Albert Eynşteyn
- Elm mütəşəkkil bilikdir. Hikmət mütəşəkkil həyatdır. İmmanuel Kant
- Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur. Anri Puankare
- Elm, ölçüyə başlanıldığı andan başlayır. Dəqiq elmləri ölçüsüz təsəvvür etmək çətindir. Dmitri Mendeleyev
- Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər. Məhəmməd
- Elm öyrənərkən misallar qaydalardan daha faydalıdır. İsaak Nyuton
- Elm öyrənmək heç vaxt gec deyil. İbn Sina
- Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir. Konfutsi
- Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirt. Nəsirəddin Tusi
- Elm səbəb, əməl isə nəticədir. Nəsirəddin Tusi
- Elm sərkərdə,təcrübə isə onun əsgəridir. Leonardo da Vinçi
- Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir. Əbu Turxan
- Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. Karl Saqan
- Elm təkcə mənəviyyatla uyğun gəlmir; dərin mənəviyyat mənbəyidir. Biz işıq illərinin saysız-hesabsız və əsrlər keçidində öz yerimizi tanıyanda, həyatın incəliklərini, gözəlliklərini və incəliklərini dərk etdikdə, o yüksələn hiss, fərəh və təvazökarlıqla birləşərək, şübhəsiz ki, ruhani olur. Böyük sənətin, musiqinin və ya ədəbiyyatın və ya Mohandas Qandi və ya Martin Lüter Kinq kimi nümunəvi fədakar cəsarət aktlarının mövcudluğunda duyğularımız da belədir. Elm və mənəviyyatın bir-birini istisna etməsi anlayışı hər ikisinə pis xidmət edir. Karl Saqan
- Elm təşkilatlanmış bilikdir. Herbert Spenser
- Elm tükənməyən bir xəzinədir; ağıl əksilməyən, köhnəlməyən bir libas. [2] Əli
- Elm üçün arxayınçılıqdan və yerində saymaqdan təhlükəli heç nə yoxdur. Vladimir Lenin
- Elm ümumi bir sərvətdir. Ona görə də ədalət tələb edir ki, ən böyük elmi şöhrət məlum həqiqəti ilk dəfə söyləyənə yox, bu həqiqəti başqalarına inandırmağı bacarana, onun etibarlılığını göstərənə və elmdə tətbiq edənə verilməlidir. Dmitri Mendeleyev
- Elm ünsiyyət tələb edir. Ceyms Uotson
- Elm və din doğma bacıdırlar. Əgər onlar arasında ədavət, düşmənçilik toxumu səpilməsə, onlar heç vaxt bir-biri ilə mübahisə etməzlər. Əksinə, elm və din bir-birini tamamlayır və gücləndirir. Mixail Lomonosov
- Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
- Elm və idman sevgi görmədiyi yeri tərk edər. İbn Sina
- Elm və incəsənət öz mənşələrinə görə bizim qüsurlarımıza borcludurlar. Əgər onlar öz mənşələri ilə bizim fəzilətlərə borclu olsaydılar, onların üstünlüklərinə az şübhə edərdik... Əgər insan ədalətsizliyi olmasaydı, hüquq bizə nə üçün lazım olardı? Jan Jak Russo
- Elm və sənət qoşa qanaddır. Xudu Məmmədov
- Elm yalnız ona riyaziyyat daxil olduğuna görə elmdir. İmmanuel Kant
- Elm yarandıqdan sonra hər şey zaman-zaman onun qiyafətinə bürünüb səliqə-sahman tapdı və günlərin birində o özünə də öz donluğundan paltar biçmək fikrinə düşdü: elm haqqında elm yarandı. Tur Xander
- Elm yolu bumeranqı xatırladır, nə qədər uzağa getsə də, yenə ilkin əsaslara qayıdırsan. Tur Xander
- Elmdə heç bir ideya ehkam deyil; hər bir adam ən məşhur alimin ən çox yayılmış ideyasını da istənilən vaxt yenidən yoxlamaq səlahiyyətinə malikdir. Əbu Turxan
- Elmdə geniş bir şahrah yol yoxdur və o adam elmin parlaq zirvələrinə çata bilər ki, yorulmaqdan qorxmayıb, onun daş-kəsəkli yolları ilə dırmansın. Karl Marks
- Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar. Henri Kaldervud
- Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. Aristotel
- "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[3] Ziqmund Freyd
- Elmdir cümlə sənətin dəyəri, Elmsiz sənətin nədir səməri? Abbas Səhhət
- Elmə ayrılan ianələri elmin maliyyələşdirilməsinə ayırın, əməkhaqqına yox. Ceyms Uotson
- Elmə xilaskar kimi baxmaq robotdan mərhəmət diləmək kimi bir şeydir. Tur Xander.
- Elmi başqalarına izah etməmək mənə əqlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz. Karl Saqan
- Elmi beşikdən məzara qədər öyrənmək lazımdır. Məhəmməd
- Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. Sədi
- Elmi biliklər üst-üstə yığılarkən bəzən ən qiymətliləri altda qalır, onları tapıb yenidən üzə çıxarmaq üçün hərdən bütün sistemi dağıdıb yenidən qurmaq lazım gəlir. Əbu Turxan
- Elmi biliyin hüdudlarını proqnozlaşdırmaq mümkün deyil. Dmitri Mendeleyev
- Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur. [4] Vasili Klyuçevski
- Elmi dərk etmək üçün onun tarixini bilmək lazımdır. Ogüst Kont
- Elmi karyeranızın zirvəsini gözləmədən rəhbər rolunu götürün. Ceyms Uotson
- Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. Nuşirəvan Adil Xosrov
- Elmi təfəkkürdə həmişə poeziya elementi olur. Albert Eynşteyn
- Elmin ayağı dünyadan kəsildiyi vaxt savaşma başlanacaqdır. Məhəmməd
- Elmin bir çox sahələrindəki fərziyyələr və nəzəriyyələr, doktrinalar və sxemlər hazır şəkildə xəritələrdir. Onları atmaq - deməli, seçilən yoldan imtina etmək deməkdir. Faktlar meşəsində və ya fikirlər okeanında nəzəriyyələrsiz və doktrinalarsız eyni dərəcədə çaşmaq olar. Dmitri Mendeleyev
- Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir. Əvhədi
- Elmin dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün fərqində olmurlar. Əbu Turxan
- Elmin düşməni yaddaş zəifliyidir. Nəsirəddin Tusi
- Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır. Pyer Buast
- Elmin inkişafı ilə birlikdə mifologiya da öldü. Ogüst Kont
- Elmin istədiyi yeganə şey odur ki, işlənmiş avtomobil alanda və ya TV reklamlarında gördüyümüz ağrıkəsicilərin keyfiyyətini yoxlayanda necə şübhəli yanaşırıqsa, başqa şeylərə də o cür yanaşaq. Karl Saqan
- Elmin köməyi ilə insan ağlı maddənin çox dərinliklərinə nüfuz edə bilir, onun mahiyyətini və məqsədini bilir. Elm və təcrübə, ağılın inkişafı üçün lazım olan materialları toplamağa kömək edən vasitələrdir. Mixail Lomonosov
- Elmin köməyi ilə insan öz təbiətindəki çatışmazlığı düzəltmək iqtidarındadır. İlya Meçnikov
- Elmin qapısı üzərində yazılıb:imanın yoxsa qapını açma. İmmanuel Kant
- Elmin meyvələri insanlara nə qədər asan gəlib çatsa, dini inancın tənəzzülü də bir o qədər tez baş tutacaqdır. Ziqmund Freyd
- Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır. Əbu Turxan
- Elmin verdiyi zövq daimidir. Platon
- Elmindən fayda gələn alim min abiddən üstündür. Məhəmməd
- Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir. Əbu Turxan
- Elmlə dirilən ölməz. Əli
- Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. Platon
- Elmlərin cilovunu əldən buraxmayın, elmlər şahlıq quşuna oxşarlar, bəzən başa qonarlar, bəzən başdan uçurlar. Nəsirəddin Tusi
- Elmli gənc nadan ağsaqqaldan xeyirlidir. Əli
- Elmli qazıya şahid lazım deyil. Azərbaycan atalar sözləri/E
- Elmli olan güclü olar..[5] Əbülqasım Firdovsi
- Elmsiz bir yaşar, elmli - min. Özbək atalar sözləri
- Elmsiz praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək istəyən kapitana bənzər; o, hara üzdüyünü özü də bilməz. Leonardo da Vinçi
- Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq… Həsən bəy Zərdabi
- Ey Kumeyl, elm maldan xeyirlidir; elm səni qoruyar, sən isə malı qoruyursan. Mal verməklə azalar, elm isə öyrətməklə çoxalar. Əli
- Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər. Əli
- Ey Ziyad oğlu Kumeyl, bilik əldə etməyin yolu adətən dindir ki, Allaha onunla yol tapmaq olar. Insan taəti onunla əldə edər; ölümündən sonra da xeyir və yaxşılıqda yad olunar. Elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur. Əli
Ə
redaktə- Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı. Əli
- Əgər insan ona yad, məsələn, incəsənətlə məşğul olub rəssam ola bilmirsə, sonda məmur olur. Elmin, teatrın, rəssamlığın ətrafında məmur libası geyinib parazitlik edən nə qədər belə insan var! Həyatı anlamayan, ona uyğunlaşmayan adam üçün də eyni hallar baş verir və belə adamın məmur olmaqdan başqa çarəsi qalmır. Anton Çexov
- Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır. Məhəmməd
- Əsl elm və əsl musiqi eyni fikri prosesi tələb edir. Albert Eynşteyn
- Əvvəllər elmin sərhədləri olan yer indi onun mərkəzidir. Georq Kristof Lixtenberq
F
redaktə- Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm deməkdir. Məhəmməd Tağı Sidqi
X
redaktə- Xəyal elmdən daha əhəmiyyətlidir, çünki elm məhduddur. Albert Eynşteyn
- Xəyal qanadlarında uçan elm möcüzələr yaratmağa qadirdir. Faradey
H
redaktə- Heç bir millət qılınc və tüfəng ilə qabağa getməyibdir. Hansı millət ki, qabağa gedib tərəqqi edibdir ancaq elmin gücünə xoşbəxt olubdur. Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. Hənuz zəlalətdə qalmış millətlərdən biri dəbizim müsəlman millətidir. Nəriman Nərimanov
- Həqiqət elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır. Həsən bəy Zərdabi
- Həqiqətənmi dinlə elm arasında keçilməz bir ziddiyyət varmı? Dini elm əvəz edə bilərmi? Bu sualların cavabları əsrlər boyu böyük mübahisələrə və həqiqətən də şiddətli döyüşlərə səbəb olmuşdur. Bununla belə, mənim fikrimcə, hər iki halda laqeyd yanaşmanın yalnız mənfi cavab verə biləcəyinə heç bir şübhə yoxdur. Bununla belə, həlli çətinləşdirən odur ki, insanların çoxu “elm” dedikdə nəyin nəzərdə tutulduğu ilə razılaşsalar da, “din”in mənası ilə bağlı fikir ayrılığına düşə bilərlər. Albert Eynşteyn
- Həqiqətlə müqayisə edildiyində, elmdə çatdığımız səviyyə primitivdir, uşaq oyuncağıdır. Amma sahib olduğumuz ən qiymətli şey odur. Albert Eynşteyn
- Hər bir dəqiq elm təxminlərə söykənir. Rassel
- Hər hansı bir elmin açarı sual işarəsidir. Onore de Balzak
- Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənir. Əli
- Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. Abdulla Şaiq
İ
redaktə- İdrak, elmin köməyi ilə maddənin sirlərinə nüfuz edir, həqiqətin harada olduğunu göstərir. Elm və təcrübə yalnız ağıl üçün materiallar toplayan vasitələrdir. Mixail Lomonosov
- İnsan həyatında elm ən vacib, ən gözəl və ən zəruri bir şeydir. O, sevginin ali təzahürü olmuş və daima olacaq. İnsan yalnız onun köməyi ilə təbiətə və özünə qalib gələcək. Anton Çexov
- İnsan ölçməyə başlayan kimi elm başlayır. Dəqiq elm ölçü olmadan ağlasığmazdır. Dmitri Mendeleyev
- İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə təhsil etmək o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yemək ilə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, bəlkə, yemək dirilikdən ötrü lazımdır. Məhəmməd Tağı Sidqi
- Insanın cahil olduğunu bilməsi, elmə atılmış ilk addımdır. Bencamin Franklin.
- İnsanın elmi çoxaldıqca cəhaləti azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atılmaqdan çətindir.Məhəmməd Tağı Sidqi
- İnsanlar surət və səsdə müxtəlif olduqları kimi, elm və əxlaqda da bir-birindən fərqlidirlər. Abbasqulu ağa Bakıxanov.
- İnsanlar təəccüblənməyi sevirlər və bu, elmin toxumu rolunu oynayır. Elm təəccübdən qidalanıb cücərir. [6] Ralf Uold Emerson
- İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. Tur Xander
- İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun buna dil verin: türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin. Həsən bəy Zərdabi
K
redaktə- Kamilliyə can atan insan üçün elmlərin ən gərəklisi qanunlar haqqında elmdir. Platon
- Kəndlinin faydalı bitkilər becərməsini xış asanlaşdırdığı kimi, fərziyyələr də həqiqətin axtarılmasında elmi işi asanlaşdırır və düzgün edir. Dmitri Mendeleyev
- Kim ki, elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir. Əlişir Nəvai
Q
redaktə- Qadınlarımız elm və fənn sahibi olacaqlar və kişilərin keçdikləri bütün təhsil səviyyələrini keçəcəklər. Qadınlar ictimai həyatda kişilərlə gəzərək bir-birlərinin köməkçiləri və dəstəkçiləri olacaqlar.[7]
- Qaranlıq ilə işıq kimi, elm də xurafatlarla mübarizə aparır. Dmitri Mendeleyev
- Qrammatikasız oratoriya – axmaq, poeziya – pəltək, fəlsəfə – əsassız, tarix – anlaşılmayan, hüquq elmi isə şübhəlidir. Mixail Lomonosov
L
redaktə- Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o, udduğunu mənimsəmək iqtidarında olmur. Leonardo da Vinçi
M
redaktə- Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur. Məhəmməd Tağı Sidqi
- Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır. Füyuzat jurnalı
- Məktəb sayəsində, məktəbin verəcəyi elm və fənn sayəsindədir ki, türk milləti, türk sənəti, türk iqtisadiyyatı, türk şeir və ədəbiyyatı bütün gözəllikləriylə inkişaf edər. Mustafa Kamal Atatürk
- Mələklər öz qanadlarını elm axtaran üçün açar və onun bağışlanmasını diləyərlər. Məhəmməd
- Mən elm şəhəriyəmsə, Əli onun qapısıdır.[8][9] Məhəmməd
- Mən elm və vətən naminə atanın iradəsinə qarşı çıxmağı günah hesab etmirəm. Mən bütün həyatımı buna həsr etmişəm ki, ömrümün sonuna kimi cahillərə və elm əleyhdarlarına qarşı mübarizə aparım. 20 ildən artıqdır ki, bu işlə məşğul oluram, gəncliyimi buna həsr etmişəm və qocalığımda da belə edəcəyəm. Mixail Lomonosov
- Mənim dindarlığım haqqında xəbərlər ağ yalandır. O yalan ki, inadla təkrarlanır! Mən şəxsi Allaha inanmıram. Allaha olan münasibətimi aydın şəkildə ifadə etmişəm və heç vaxt da sözlərimdən imtina etmirəm. Əgər mənim fikirlərimdən nəsə dini görünürsə, bu, elmin bizə açdığı dünya və onun quruluşuna sonsuz heyranlığımla izah edilə bilər. Albert Eynşteyn
- Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Məhəmməd peyğəmbər
- Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil. Anton Çexov
- Mövhumat elmə əsaslanmayan inamdır. İşıq zülmətlə mübarizə etdiyi kimi, elm də mövhumatla mübarizə aparır. Dmitri Mendeleyev
- Müasir elm adamları aydın düşünmək əvəzinə dərindən düşünürlər. Aydın düşünmək üçün sağlam düşüncəyə malik olmaq lazımdır, dərin düşünməyi isə dəli də bacarır. Nikola Tesla
- Müasir elm deyir: “Günəş keçmişdir, yer bu gün, ay gələcəkdir”. Biz közərmiş kütlədən yaranmışıq və donmuş kütləyə çevriləcəyik. Təbiət qanunu amansızdır və biz sürətlə və qarşısıalınmaz şəkildə öz əzabımıza çəkilirik. Nikola Tesla
- Müasir elmin möcüzələri qədim mifologiyanı çox üstələyir. Ralf Uold Emerson
- Müasir insan elmin qanadlarında elə uzaqlara uçmuşdur ki, özündən ayrı düşmüşdür. Tur Xander
- Münaqişə o zaman yaranır ki, dini icma Müqəddəs Kitabda yazılan bütün ifadələrin mütləq doğruluğunda israr edir. Bu, dinin elm sahəsinə müdaxiləsi deməkdir; Kilsənin Qaliley və Darvinin doktrinalarına qarşı mübarizəsi bura aiddir. Digər tərəfdən, elm nümayəndələri çox vaxt elmi metod əsasında dəyərlər və məqsədlərlə bağlı fundamental mühakimələrə gəlməyə cəhd göstərmiş və bu yolla dinə qarşı çıxmışlar. Bu münaqişələrin hamısı ölümcül səhvlərdən yaranıb. Albert Eynşteyn
- Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
N
redaktə- Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. Frensis Bekon
- Nadanlıqdan can qurtarmaq, qorxu və xofdan azad olmaq üçün alim və filosoflar böyük əziyyətlərə dözür, cismani ləzzət və istirahətdən əl çəkir, yuxusuz gecələr və ağır zəhmətlərə razı olurlar. Əsl rahatlıq bədəni ağrılardan xilas olmaq, əsl əziyyət isə cəhldir. Deməli, əsl rahatlıq elmdir. Elm adamlarının ruhi və rahatlığı elmdir, çünki dünya var-yoxu onların gözündə əhəmiyyətsiz və dəyərsiz olar. Elmə yiyələnərək əbədi səadət, həmişəlik istirahət əldə etdiklərindən tez ötüb keçən bəlalara məruz qalan, böyük baş ağrısına səbəb olan, müxtəlif qəm və kədər yaradan, təşviş və təlaş törədən dünya işlərindən əl çəkər, zəruri ehtiyacı ilə kifayətlənər, dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, bir arzuya çatdımı, başqa arzu eşqinə düşər. Nəsirəddin Tusi
- Nə qədər ki, elmsizsən oxumaqdan, öyrənməkdən utanma. Qriqori Skovoroda
- Nəzəriyyə elmin ruhu, təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizində və faktın meşəsində asanlıqla azmaq olar. Dmitri Mendeleyev
- Niyyət elm ilə əməl arasında bir vasitədir. Nəsirəddin Tusi
- Nursuz göz kimidir elmsiz ürək. Əhvədi Marağayi
O
redaktə- “Obyektiv” və “subyektiv” kimi anlayışların nə qədər problemli olduğunu göstərən son onilliklərdə fizikada baş verən hadisələri mən böyük bir düşüncə azadlığı hesab edirəm. Hər şey nisbilik nəzəriyyəsi ilə başladı. Keçmişdə iki hadisənin eyni vaxtda olması barədə bəyanat obyektiv iddia hesab olunurdu, o, kifayət qədər sadə şəkildə çatdırıla bilərdi və bu, istənilən müşahidəçinin yoxlamasına açıq idi. Bu gün biz bilirik ki, “eyni vaxt” subyektiv elementi ehtiva edir, çünki istirahətdə olan müşahidəçi üçün eyni vaxtda görünən iki hadisə mütləq hərəkətdə olan müşahidəçi üçün eyni vaxtda baş vermir. Bununla belə, relativistik təsvir həm də obyektivdir, çünki hər bir müşahidəçi hesablama yolu ilə digər müşahidəçinin qavradığını və ya qavradığını çıxara bilər. Bütün bunlara baxmayaraq, biz obyektiv təsvirlərin klassik idealından xeyli uzaqlaşmışıq. Kvant mexanikasında bu idealdan uzaqlaşma daha da radikal olmuşdur. Müşahidə edilə bilən faktlar haqqında bəyanatlar vermək üçün hələ də klassik fizikanın obyektivləşdirici dilindən istifadə edə bilərik. Məsələn, foto lövhənin qaraldığını və ya bulud damcılarının əmələ gəldiyini deyə bilərik. Ancaq atomların özləri haqqında heç nə deyə bilmərik. Və bu cür tapıntılara əsaslanaraq hansı proqnozlar verməyimiz eksperimental sualımızı necə qoyduğumuzdan asılıdır və burada müşahidəçinin seçim azadlığı var. Təbii ki, müşahidəçinin insan, heyvan və ya aparat olmasının hələ də fərqi yoxdur, lakin müşahidəçiyə və ya müşahidə vasitələrinə istinad etmədən proqnoz vermək artıq mümkün deyil. Bu dərəcədə hər bir fiziki prosesin obyektiv və subyektiv xüsusiyyətlərə malik olduğunu söyləmək olar. On doqquzuncu əsr elminin obyektiv dünyası, bu gün bildiyimiz kimi, ideal, məhdudlaşdırıcı hal idi, lakin bütün reallıq deyildi. Etiraf etmək lazımdır ki, hətta reallıqla gələcək qarşılaşmalarımızda da biz obyektiv və subyektiv tərəfi bir-birindən ayırmalı, ikisi arasında bölgü aparmalı olacağıq. Ancaq ayrılığın yeri hər şeyə necə baxıldığından asılı ola bilər; müəyyən dərəcədə iradəsi ilə seçilə bilər. Ona görə də mən başa düşürəm ki, niyə biz dinin məzmunu haqqında obyektivləşdirici dildə danışa bilmirik. Müxtəlif dinlərin bu məzmunu kifayət qədər fərqli ruhani formalarda ifadə etməyə çalışması əsl etiraz deyil. Bəlkə də biz bu müxtəlif formalara bir-birini istisna etsələr də, insanın mərkəzi nizamla münasibətindən irəli gələn zəngin imkanları çatdırmaq üçün lazım olan tamamlayıcı təsvirlər kimi baxmalıyıq. Nils Bor
Ö
redaktə- Ömrünü elmə sərf edən adam heç vaxt ölmür. Məhəmməd
- Öz fakültənizdə seminarları elmdəki yeniliyə həsr edin. Ceyms Uotson
R
redaktə- Ruhun sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır. Edmund Husserl
S
redaktə- Səyahət elmi yaxşılaşdırır. Ceyms Uotson
- Sosializm sosial-etik məqsədə yönəlmişdir. Elm isə məqsəd yarada, hətta daha azını da insana təlqin edə bilməz; elm ən çox müəyyən məqsədlərə çatmaq üçün vasitələr verə bilər. Lakin məqsədlərin özləri yüksək etik ideallara malik olan şəxsiyyətlər tərəfindən düşünülür və - əgər bu məqsədlər ölü doğulmursa, həyati və güclüdürsə - cəmiyyətin ləng təkamülünü yarı şüursuz olaraq təyin edən çoxlu insanlar tərəfindən qəbul edilir və irəliləyir. Albert Eynşteyn
Ş
redaktə- Şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur. Cəlaləddin Əfqani
T
redaktə- Tarixdə ən böyük olan bu müharibə nəticəsində bəşəriyyətin etdiyi qurbanlara haqq qazandıracaq yeni bir dünya yaranmalıdır. Bu yeni dünya güclülərin zəifləri, yaxşıların pisləri istismar etmədiyi, varlıların kasıbları alçatmadığı, ağılın, elmin, sənət əsərlərinin həyat şəraitini yüngülləşdirmək və yaxşılaşdırmaq üçün ayrı-ayrı şəxslərin sərvət toplamasına yox, bütövlükdə bütün cəmiyyətə xidmət edən bir dünya olacaq. Bu yeni dünya alçaldılmış və əsarət altına alınmış insanların olmadığı bir dünya olacaq. Bu dünya ləyaqət və hörmətdə bərabər, azad insanlar və xalqlar dünyası olacaqdır. Nikola Tesla
- Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir. Höte
- Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır. Əbu Turxan
- Təbiət qanunlarının öyrənilməsi –elm adlanır. (Kant)
- Tələbələrinə elm arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi kimidir. Henrix Mann
- Tərbiyə də ancaq elmin gücü ilə olur. Nəriman Nərimanov
U
redaktə- Uşaqları öyrədərkən vacib bir məsələyə diqqət etmək lazımdır: elmlər uşaqların yaşına uyğun olmalıdır; əks təqdirdə - onların ruhlarında təkəbbürlük toxumu səpilər. İmmanuel Kant
Ü
redaktə- Ümumi fayda üçün, elmin təsdiqi naminə doğma atama qarşı üsyan etməyi günah saymıram. Mixail Lomonosov
V
redaktə- Vicdansız elm ruhun çöküntüsüdür. Fransua Rable: Fransız yazıçısı
Y
redaktə- Yerin nuru günəşdir, insanın nuru - elm. Osetin atalar sözləri
Z
redaktə- Zövqlərin ən gözəli elmdən alınan zövqdür. (Samuel Smayls: İngilis yazıçısı)
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.116
- ↑ Kamal Camalov. Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri. Bakı,2009
- ↑ [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 117.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.116
- ↑ Aforizmlər. Bakı.2013. səh.42
- ↑ Atatürk’ün Söylev ve Demeçleri, cilt II, 2. baskı, Ankara, s. 85-86.
- ↑ Heysəmə, “Min hədisi Heysəmə ibn Süleyman”, səh. 200
- ↑ Hakim ən-Nişapuri “Müstədrək”, c. 3, səh. 137, hədis 4637