Əliağa Şıxlinski
Əli Ağa Şıxlinski (tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski; 3 (15) mart 1863, Aşağı Salahlı, Tiflis quberniyası – 18 avqust 1943, Bakı) — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı.
Əliağa Şıxlinski | |||
Doğum tarixi | 3 mart 1863 | ||
Doğum yeri | Aşağı Salahlı | ||
Vəfat tarixi | 18 avqust 1943 | ||
Vəfat yeri | Bakı | ||
Dəfn yeri | Yasamal qəbiristanlığı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
- Adi bir insan özünü dahi hesab edərsə, demək o, ən küt bir adamdır.
- İnsan nə mələkdir, nə də heyvan; ancaq özünü mələk hesab edendə, heyvan vəziyyətinə düşür.
- * *
1920-ci ildə iyirmi səkkiz aprel çevrilişinin səhəri həbs olunan general Əliağa Şıxlinskiyə bolşevik çekisti belə bir sual verirmiş:
— Hansı siyasi partiyanın və ya inqilabın mənafeyini müdafiə edirsiniz?
General Əlağa Şıxlinskinin cavabı:
— Hər bir inqilaba əks inqilab kimi yanaşıram, heç vaxt belə şeylərə qoşulmamışam, qoşulmazdım da…
- * *
1918-ci ildə general Əlağa Şıxlinski Gəncədə yeni yaratdığı Əlahiddə Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir:
— Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır, bura xalqın ləyaqətli oğulları gəlməlidir.
- * *
İyirminci ilin aprel çevrilişi günlərində Müsavat hökumətinin Daxili İşlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyov Əlağa Şıxlinskidən soruşmuşdur:
— Hə, cənab general, qaçmırsınızmı?
— Öz vətənimdən niyə qaçım ki?
— Sizi öldürərlər.
Ağır təbiətli general təmkinini pozmadan cavab vermişdir:
— Gələnlər ağıllı adam olsalar, məni öldürməzlər, çünki mən onların işlərinə yararam. Axmaqlardan isə, heç yerdə canını qurtara bilməzsən. Buna görə də, Vətənimin adama ehtiyacı olduğu bir zamanda, mən onu qoyub heç yerə getmərəm.
- * *
1880-ci ildə Tiflis kadet korpusunda təhsil alan kursant Əlağa Şıxlinski bir gün dostları ilə şəhərə gəzməyə çıxır. Kursantlar güclərini sınamaq üçün güc tərəzisinə yaxınlaşırlar. Hamı bir-bir öz gücünü göstərir. Əlağaya da təklif edirlər. O, deyir ki, gəlsəniz mən bunu divardan tamam qopardım (O vaxtlar güc sınanan tərəzi yumruqla vurulmurdu. Divara bərkidilirdi, güc sınayanlar onu özlərinə tərəf dartırdı). Yoldaşları deyir:
— Əlağa, zarafat eləmə, altıya, yeddiyə qədər çəkə bilsən qalibsən.
Tərəziçi:
— Bala, əvvəl çək, sonra öyün, — deyib ona kinayə iləbaxır.
Əlağa var qüvvəsi ilə elə çəkir ki, güc sınanan tərəzi divardan yerli-dibli qopur.
Tərəziçi:
— Bala, — deyir, sən doğrudan da güclü imişsən, bu güclə öyünməyə haqqın var. Beşə qədər çəkənə altı manat düşür. Sən isə onu yerli-dibli qopartdın. Al, mükafatın onmanatdır.
Əlağa:
— Mənə on manat lazım deyil. Mən istədim biləsiniz ki, tərəziniz dibindən çıxardan oğullar da var – deyə cavab verir.