Əlincə qalası
Əlincəqala, Əlincə-qala və ya Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincə çayının sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biri.
Əlincə qalası haqqında sitatlar
redaktəƏ
redaktə- Əlincə qalası yüksək və sıldırım bir dağ üzərində yerləşərək divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində dağ yamaclarının aşağı hissəsində üzümlüklər, bağlar, tarlalar, otlaqlar, bulaqlar və hovuzlar var idi. Qəsr və qalaça dağın başında yerləşir. Əlincə qalasının əzəmətli hasarı dağın ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun “kiçik bir şəhərciyi” xatırladan zirvəsini tamamilə əhatə edir. Qala üç geniş sahədən ibarətdir. Birinci sahədən ikinci və üçüncü sahələrə qalxmaq üçün daş pillələr vardır. Burada olan feodallara məxsus gözəl saray və tikintilərin qalıqları XIX əsrdə də təsvir olunmuşdur.[1]
- Ryu Qonzales dö Klavixo, XV əsrdə yaşamış İspaniya səfiri
- Əlincə qalasının müdafiəsinə təyin olunmuş Əmir Altun ilə Sultan Əhmədin oğlu Məlik Tahirin arasında düşmənçilik baş verir. Nəticədə Əmir Altunun dəstəsi dağılır, özü isə xaincəsinə öldürülür. İstedadlı sərkərdə Əmir Altunun həlak olması və qaladakı iğtişaşlar onun müdafiəçilərinə də mənfi təsir göstərir. Əmirin və əsgərlərin bir hissəsi Məlik Tahirdən üz döndərib qalanı tərk edir. Məlik Tahir isə xəzinəni də yığışdırıb qohumları və yaxın əyanları ilə birlikdə Bağdada qaçır. Teymurilər dövlətinin qoşunları heç bir müqavimətə rast gəlmədən Əlincə qalasına daxil olurlar.[2]
- İbn Ərəbşah - ərəb tarixçisi
Q
redaktə- Qaraqoyunlu hökmdarların bu qüvvətli qalasını ələ keçirmək üçün Teymurun göndərdiyi qüvvələr əvvəlcə Qara Məhəmmədi, sonra Qara Yusifi orada mühasirəyə salır. Bir ara Əhməd Cəlairin oğlu da buraya pənah gətirir. Atasının adından Azərbaycanı idarə edən Miranşah mühasirəni şiddətləndirərək qalanın xaric ilə əlaqəsini kəsməyə çalışsa da buna nail ola bilmir. Cəlair şahzadəsi gürcülərin köməkliyi ilə qaladan çıxır. Nəhayət bir çox şahzadələrin və böyük əmirlərin komandanlığı altında gətirilən ordu qarşısında on ildən bəri, mühasirə altında olan və pərişan hala gələn qala xalqı, qutval, yəni qalanın mühafizəsinə rəhbərlik edən Seydi Əhməd üsyan edərək təslim olur.[3]
- Şərafəddin Əli Yəzdi, orta əsr müəllifi, Əmir Teymurun tarixçisi
Ş
redaktə- Şəki hakimi Seyid Əli Orlat mühasirədən cana gəlmiş və sümüyünə bıçaq dirəmiş Sultan Məlik Tahiri xilas etmək məqsədi ilə Əlincə qalasına gətirilmişdir. Onlar Əlincə divarlarına çatanda Sultan Məlik Tahir qaladan enmiş və onlara qoşularaq çıxıb getmişdir. Bundan sonra qalanın müdafiəsinə Əmir Seyid Əhməd Oğulşami rəhbərlik etmişdir.[4]
- Şərafəddin Əli Yəzdi, orta əsr müəllifi, Əmir Teymurun tarixçisi
T
redaktə- Teymuri ordusu Sivas və Şam şəhəri tərəfə üz tutanda Əmirzadə Miranşahın qoşunundan Şeyx Məhəmməd Daruğa və Əmirzadə Şahruxun ləşkərindən Firuzşah göstərişə əsasən Əlincə qalasına getmiş və qalanın mühasirəsini davam etdirmişlər. Həmin vaxt qalada az adam qalmışdı. Bütün çətinliklərə baxmayaraq, qalanın kutvalı, yəni rəisi Əmir Seyid Əhməd Oğulşami son ana qədər müqavimət göstərsə də, qala tutulmuş, onun müdafiəsinə rəhbərlik edən Əmir Seyid Əhməd Oğulşami isə əsir götürülərək Əmir Teymurun hüzuruna göndərilmişdir. Həmin vaxt Bağdadda olan Seyid Əhməd Oğulşami buraya gətirilikdən sonra onun qətlinə fərman vermişdir.[5]
- Şərafəddin Əli Yəzdi, orta əsr müəllifi, Əmir Teymurun tarixçisi
İstinadlar
redaktə- ↑ Рюи Гонзалес де Клавихо. Дневник путешествия ко двору Тимура в Самарканд. səh. 158-161.
- ↑ Naxçıvan Muxtar Respublikası, 2016
- ↑ Naxçıvan Muxtar Respublikası, 2016
- ↑ Şərafəddin Əli Yəzdi. Zəfərnamə (Azərbaycan tarixinə dair seçmələr), Bakı, 1996
- ↑ Şərafəddin Əli Yəzdi. Zəfərnamə (Azərbaycan tarixinə dair seçmələr), Bakı, 1996