Azərbaycan

Cənubi Qafqazda, Xəzər dənizinin sol sahilində yerləşən dövlətdir. Azərbaycan, millət və keçmiş sovet respublikası, Asiya və Avropanı əhatə edən Xəzər və Qafqaz dağları ilə həmsərhəddir.
(Azərbaycan Respublikası səhifəsindən yönləndirilmişdir)
Azərbaycan



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir.Heydər Əliyev
  • Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur. Heydər Əliyev
  • Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri. İlham Əliyev
  • Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulmuşdur.Heydər Əliyev
  • Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik.Heydər Əliyev
  • Azərbaycanın nefti gələcəkdə də bəşəriyyətə, sülhə, əmin-amanlığa xidmət edəcəkdir.Heydər Əliyev
  • Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur. Mustafa Kamal Atatürk

BRedaktə

  • Babək Xürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və zəzdəkiliklə bağlı qayda-qanunların bərpasına can atmışdı. Ziya Bünyadov
  • Biz çalışmalıyıq ki gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi ənənələr arasında tərbiyə edilsinlər. Heydər_Əliyev
  • Biz sizinlə birlikdə gözəl həyatı da tərəqqi edən müstəqil Azərbaycan dövlətində görəcəyik.Heydər_Əliyev
  • Bütün türk dövlətləri bir-birinə qardaşdır. Amma Türkiyə ilə Azərbaycan əkiz qardaşdır. Hidayət Orucov

DRedaktə

  • Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durur. Heydər_Əliyev
  • Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır. Heydər_Əliyev

MRedaktə

  • Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir. Heydər Əliyev
  • Mən azərbaycanlıyam və həmişə Azərbaycan xalqına görə oynamışam.[1] Vüqar Həşimov
  • Mən bir prezident kimi özümə əvəz hazırlamaq barədə bir an da düşünmürəm. Azərbaycan xalqı həmişə özünə layiqli başçı seçməyə qadir xalqdır.Heydər_Əliyev
  • Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM! Heydər_Əliyev

RRedaktə

  • Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Heydər_Əliyev

TRedaktə

  • Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır. Heydər_Əliyev

İstinadlarRedaktə