Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi (1325–1390) — Azərbaycanlı şair, alim, astronom və riyaziyyatçı.

Əssar Təbrizi
Doğum tarixi 1325
Doğum yeri Təbriz
Vəfat tarixi 1390
Vəfat yeri Təbriz
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Elmin özü sirlə dolu sonsuz bir Kainatdır,
    Diqqət etsək, elmi-əməl əsl abi-həyatdır.[1]
  • Xeyirxahlıq bu aləmə pis əməllər gətirməz,
    Dadlı xurma ağacları acı badam yetirməz.
  • Pislərlə oturub-durma ki, öz yaxşı sifətin də əldən gedər.
  • Sabahadək yaşamaqçın ümid varmı dünyada?
    Çünki qəmlə fərəh daim bir yerdədir dünyada
  • Söz mey kimi sevinc artıran olmalıdır ki, ürəklər ona rəğbət göstərsin.[2]
  • Yaxşı adam yaxşılıqdan əl çəkməz heç bir zaman,
    Şəkər daim şirin olan, qızılgülsə ərğəvan.
  • Zəmanənin ifritəsi süd verməz bir cocuğa.

İstinadlar

redaktə
  1. [1] Risalə. (elmi araşdırma jurnalı. 2/17) Bakı, 2019
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.50