Vətən
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Anasına qulaq asmayan, vətənini də eşitməz. Malayal atalar sözləri
- Azadlıq ağacı, müəyyən aralıqlarla vəyənpərvərlərin və vətən xainlərinin qanlarıyla sulanmalıdır.Tomas Cefferson
ERedaktə
- Elə cinayət var ki, bağışlanmır, bu, vətənə xəyanətdir. Bəhmənyar əl-Azərbaycani
HRedaktə
- Heç bilirsən vətən borcu nə deməkdir? Dağlarda döyüş (film, 1967)
İRedaktə
- İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Nikolay Çernışevski
- İnsanın tam xoşbəxt olması üçün doğma vətəni olmalıdır. Simonid Keosski
QRedaktə
- Qürbət vətən ola bilməz. İ.V.Höte
- Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil. Alman atalar sözləri
MRedaktə
- Mən tamamilə əminəm ki, dünyada heç bir xalq başqa bir xalq üzərində üstünlüyə malik deyildir. Doris Lessinq
- Mən ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv olmalıyam. Siseron
- Milli qüsurlara görə millətə nifrət edən alçaqdır. Yusif Vəzir Çəmənzəminli
NRedaktə
- Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör. D.İ.Fonfizin
ÖRedaktə
- Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır. Lyuk de Klapye Vovenarq
- Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. M.İ.Kalinin
- Öz vətənin sevmək – bəşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və gücün çatana qədər buna kömək etmək deməkdir. V.Q.Belinski
- Öz vətənindən üz döndərən adam öz vicdanından da üz döndərmiş olur. A.Qalan
TRedaktə
- Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən.- Abdulla Qurbani
URedaktə
- Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deil! Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər. Xudu Məmmədov
VRedaktə
- Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir. Siseron
- Vətən hissi izahedilməzdir, biz onu analıq hissinə bağlayırıq.- M. M. Prişvin
- Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir. Əbülfəz Elçibəy
- Vətən uğrunda ölmək şərəfdir. Horatsi
- Vətəndən əziz heç bir şey yoxdur. Lukian
- Vətəndən kənarda xoşbəxtlik yoxdur, hər kəs doğma torpaqda kök salmalıdır. İvan Turgenev
- Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən mənəvi qüvvədir. Lev Tolstoy
- Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir.- Rus atalar sözləri
- Vətəni sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz. Abbas Səhhət
- Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir. Viktor Hüqo
- Vətənin böyüklüyü onun siravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur. T.V.Vilson
- Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Nəriman Nərimanov
- Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir.-Lenin
- Vətənpərvərlik - ən dərin hörmətə layiq gözəl bir keyfiyyət. Leonid Brejnev