Əvhədi Marağalı
Əhvədi Marağalı (1274–1358) — Azərbaycan şairi.
Əvhədi Marağalı | |||
Doğum tarixi | 1271 | ||
Doğum yeri | Marağa | ||
Vəfat tarixi | 1338 | ||
Vəfat yeri | Marağa | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bacarırsan bir sınıq ürəyi ələ gətir. Yoxsa xalqın ürəyini sındırıb incitmək hünər deyil.
- Bilik can quşuna qanaddır inan,
Ruhunu göylərə odur qaldıran. - Bir bədəndə iki baş olmadığı kimi bir ürəkdə də iki eşq yaşamaz.
- Bir fərq görünərsə dost arasında,
İkiüzlülük var arada onda. - Bu qədər oğlundan incimə nahaq,
Xəta suyunu da sən səpdin ancaq.
Qənd acı olsa da sən verdin, heyhat,
Quzu, qurd olsa da sənindir övlad.
Ç
redaktə- Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək. Əhvədi
D
redaktə- Dostluq etibar, vəfadan törər,
Nə dostluq, etibar olmasa əgər? - Dostluqda dost ilə bir ol, səmimi!
Bir qabıq içində cüt ləpə kimi.[1] - Dünyanı nizama peşəkar salar,
Hər nizam peşədən, hünərdən olar. - Dünyanın həqiqətinə vaqif olanlar həyatın zinət və zivərinə çətin baş əyərlər.
E
redaktə- Elmi oğru apara bilməz, əcəl də öldürə bilməz. Elm zamanın gərdişindən nə xarab olandır, nə də seldə, suda batıb qərq olan.
- Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir.
- Evlənmək istəsən naçar qalaraq,
Bakir bir nigarla həyat qur ancaq.
Əsilli-nəcəbli elə bir qız al,
Ancaq səni görüb sevsin o maral.
Ə
redaktə- Əgər düz olmasa sözünlə, işin,
Boş bir körpücükdür etdiyin sənin. - Əgər həyan olsa, lovğa olmazsan,
Mənasız işlərə meyl salmazsan. - Əməlsiz elm ayağa cidardır.
- Əmmaməyə güvənən bir başın içərisində zərrə qədər beyin olmaz.
G
redaktə- Gizli xəzinı var dünyada belə,
Zəhmətə qatlaşıb onu kəşf elə.
H
redaktə- Hər kəs ki, lovğalıq və məğrurluq yükü altındadır, o mərifətdən kəmdir.
- Hər kəs qayğısız bir nəfəs çəkirsə, hər çəkdiyi nəfəs də xəcalət çəkməlidir.
- Hər kimin yol göstərən ağıl çırağı olsa, o, qaranlıq gecədə də yolunu azmaz.
İ
redaktə- İnsanlıq olmalı insana şüar.
K
redaktə- Kim desə eybini, dostundur inan,
Gizlədən səninçün ilandır, ilan. - Kim vəfa yoluna mərdanə gəldi,
Ordan comərdliyə qalxıb yüksəldi.
Q
redaktə- Qadında əsas şey həya, ismətdir,
Bunlar qadın üçün böyük sərvətdir.[2] - Qanadın yoxdursa, yüksəklərə uçmaq təşəbbüsündə olma.
- Qocalığa cavanlıqdan hazırlaşmaq lazımdır.
M
redaktə- Mey içib əqlini gəl vermə yelə,
Özünü özgəyə tapşırma belə.
N
redaktə- Nursuz göz kimidir elmsiz ürək.
Nadan insanlıqdan uzaqdır gerçək
O
redaktə- O adamın nəsihəti düz ola bilər ki, əməli dedikləri ilə uyğun gəlsin.
- O, bir xəzinədir, qorusan əgər,
Yoxsa zəhmətlərin olacaq hədər.
Sənindir gül olsun, o, yaxud tikan,
Özün əkdiyini xar etmə aman.
Qoyma övladını kamanxanaya,
Boynunu əlinlə keçirmə yaya,
Kaman düzəltsə də iki yüz batman,
Oğlun olmayacaq sənin ox atan.
Ö
redaktə- Öz halına uyğun deməsən sözü,
İstəyin qəbula yetişməz düzü. - Özün əkdiyinə, ey ata inan,
Yaxşı olar, özün olasan bağban…
Bağda budaq sınsa qəm çəkməz baxan,
Onun hər dərdini bil çəkər bağban.
S
redaktə- Sən ancaq öyrənməklə ucalarsan.
Sən bu kiçikliklə iki dünyasan,
Bu qədər özünü kiçiltmə, aman!
Ağlın vardırsa, bir aç gözünü,
Bu güc, bu qüdrətlə bir gör özünü,
Bütün kainatda nə varsa, inan.
Ya naqis, ya kamil, yaxşı, ya yaman,
Səndə hamısının nişanı var, bax!
Mən bir neçəsini söylədim ancaq,
Bəlkə anlayasan sən öz qədrini,
Biləsən ağılın, canın həddini.
Pakların sözünə verəsən qulaq,
Bada verməyəsən ömrünü nahaq. - Sən nəsil törətmək fikrində olsan,
İsmətsiz qadınla evlənmə, dayan.
Övladın yaramaz, ya oğru olar,
Toxum pis əkilsə, pis də verər bar. - Sənin öz qəlbinə yatmayan sözü,
Yaxşı hesab etmir hikmətin özü. - Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar.
T
redaktə- Təkəbbür, mənəmlik, özünü çəkmək,
Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk.
Tərəddüd, paxıllıq, kələk, kin, tamah,
Yalançı, saxtakar, vəfasız olmaq.
Hər nə söylədimsə ondan qaç uzaq,
Onların əksiylə məşğul ol ancaq. - Təmizlər vəfada olarlar tamam,
Bədgövhər yaramaz, çiy olar müdam.
Kim vəfa yoluna mərdanə gəldi,
Ordan comərdliyə qalxıb, yüksəldi.
Z
redaktə- Zarafat üzlərin tökər suyunu,
Artırsan pisliklə qurtarar sonu.
Mənbə
redaktə- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
- Xəzinə. Bakı,1997