Allah barmaqlarımızın arasında boşluq buraxdı. Bizim üçün yaradılan o insan gəlib o boşluğu doldursun deyə.
Barmaqlarımızın arasında boşluq — bizim üçün yaradılan o insan gəlib onu doldursun deyə var.
Bəlkə qucaqlaya biləcəyimiz bir sevgilimiz olmadı, bəlkə təkik. Amma bilinsin ki, adam kimi sevdiyimizdəndir təkliyimiz.
Bəzən insan elə darıxar ki, darıxılan bilsə, yoxluğundan utanar.
Bilirsinizmi günahları yazan mələk soldadır. Ola bilsin qəlbin solda yerləşməsi də bundandır. Çünki bəlkə də eşq yaşanılan ən böyük günahdır.
Bilirsinizmi, niyə evlilik üzüyü “üzük barmağı”na taxılır? Çünki başqa heç bir barmaqdan bir-başa ürəyə damar getmir.
Bir toxum verdin, çiçəyini al. Bir dən verdin, ağacını al. Bir budaq verdin, çəmənini al. Dünyamı verdim sənə, məndə qal.
Bütün kitablarımı sevirəm. Sevməsəydim yazmazdım.
Dağlar dağılmasın deyə ah çəkmirəm. Özümü dağıdıram, dünyanı dağıtmıram...
Dar yerlərdən çıxanlar genişliyə tab gətirə bilməzlər.
Deyirlər ki: "əvvəllər delə deyildin artıq içinə bağlandın." "Dedim ki: "içindəkiylə kifayətlənən bu ürək artıq sizi nə etsin?
Eyni kağızın arxa və ön üzləri kimiyik. Sonsuza qədər birlikdə, amma heç bir zaman bir-birlərini görməyən.
Ən gözəl şeir riyaziyyatdır. Yer üzündə indiyə qədər “iki dəfə iki dörd edər”dən daha gözəl misra yazılmayıb, məncə.
Gedən sevgilinin getdiyi yerdə axtardığını tapmayıb “darıxdım” deməyi darıxdığından deyil, it kimi peşman olduğundandır.
Heç kimə güvənmirəm deyə bir şey yoxdur, vaxtında ona güvəndiyim üçün, artıq kimə güvənmirəm deyə bir şey var.
Hərbə sərf olunan pul dünyadakı aclıq probleminin tamamən həll edilməsi üçün lazım olan pulun təxminən 100 qatıdır.
Həyat imtahandırsa, onda əziyyət çəkmə heç, adını yaz və çıx. Bəlkə keçməzsən, amma adının altında tərtəmiz bir səhifə qoyub gedərsən.
Həyatımda boyum qədər kitab yazdım, amma məni sevməyənlər buna da bir bəhanə tapıb – onsuz da onun boyu balacaydı deyə bildilər.
Niyə itirənlər, itirilənlərin itirilmədən əvvəl itiriləməyəcək qədər dəyərli olduğunu anlamırlar?
Xəritələrə baxdım, heç birində evin yoxdur. Ensiklopediyalara baxdım, heç birində şəklin yoxdur. Lüğətlərə baxdım, heç birində adın yoxdur. Güzgüdə özümə baxdım, səni gördüm. Məndən başqa yerin yoxdur.
Xəyalım balaca bir uşağa “nə qədər sevirsən” sualını verəndə əlini iki yana açıb “bax bu qədər” deyəcək o məsum sevgini tapmaq idi.
İnsan insan kimi, insan olaraq azad olmağı bacarmırsa, onda qurd kimi, quş kimi azad sanar özünü.
İnsanlar təkcə danışdıqlarına görə deyil, susduqlarına görə də məsuliyyət daşıyırlar.
İşin çətininə can at. Çətinin öhdəsindən gəlməsən də, çətini eləməyə çalışaraq heç olmasa asanını edərsən.
Kasıbın yeganə silahı işləməkdir.
Qorxmuram deyənlər ya başqalarına yalan deyirlər, ya özlərinə yalan deyib özlərini aldadırlar, ya da bilməyərək insan olmadıqlarını deyirlər.
Qoy olmasın məzar daşımız, bir məktəb bağçasına basdırsınlar bizi, uşaqlar qaçışsın üstümüzdə...
Mən ateistəm və bir gün Tanrıya inandığımı dediyimi eşitsəniz, ciddiyə almayın. Demək ağlımı itirmişəm.
Mənə toxunmayan ilan min il yaşasın, deyərək yaşatdığınız ilanların bir sonrakı hədəfi siz olursunuz
Mərcə girərəm, sabah bir fanatik çıxıb tualetə getmək günahdır deyə fitva versə, tualetə getməyib altına qaçıracaq o qədər öküz var ki bu ölkədə (Türkiyə nəzərdə tutulur).
Necə bitdisə bundan əvvəlkilər, bu da bitər.. Bitə-bitə sonunda mən də bitərəm.. Olar bitər!
Necə görmürsə gözlərim, öz-özümü axtarıram tapa bilmirəm.
Nə qədər qalmaq istəsək də, bəzən getmək məcburiyyətində qalırıq. Və nə qədər getmək məcburiyyətində olsaq da, qalmaqdan yanadır sol yarımız.
Nə ölünün arxasınca danışarlar, nə də gedənin. Çünki ya ölüb, ya da gedib nə fərqi var qalan üçün...
Niyə evlilik üzüyü üzük barmağına taxılır? Çünki başqa heç bir barmağımızdan birbaşa ürəyə gedən damar yoxdur.
Səni anan qədər sevəcək, atan qədər maraqlanacaq heç kimin yoxdur, ona görə heç kim mənə eşqdən danışmasın.
Türk kişisinin dünyanın ən qısqanc kişiləri olmağının səbəbi sevgililərinə deyil, özlərinə inanmadıqlarındandır.
Tənbəllərin iş günü sabahdır.
Tərk edənin getdiyi yerdə axtardığını tapa bilmiyəndə dönüb "darıxdım" deməyi, darıxdığından deyil, eşşək kimi peşman olduğundandır.
Uşaqlara gözəl dünya miras qoymaq yerinə dünyaya gözəl uşaqlar miras qoysaq dünyanın bütün problemlərini həll etmiş olarıq.
Üşümək varsa bu istinin yoxluğudur, qaranlıq varsa işığın yoxluğudur. Əgər hər yer qaranlıq və sən üşüyürsənsə bu onun yoxluğudur.
“Yaxşı adam sözünün üstünə gələr” deyibsə atalar və mən həmişə səndən danışanda sən gəlmirsənsə, demək yaxşı adam deyilsən.
Yalnızlığını götür gəl! Qorxma, darıxmarıq. Sənin yalnızlığın mənim yalnızlığımla danışar, biz ikimiz susarıq.
Yatağında yatanda; Ürəyinin səsindən yata bilmirsənsə, anla ki, təksən...
Yoxsulun yeganə silahı durmadan çalışmaqdır.