Aşıq Şəmşir

aşıq-şair

Aşıq Şəmşir — 15 mart 1893-cü il, Kəlbəcərin Dəmirçidam kəndi - 2 oktyabr 1980-ci il, Kəlbəcər) - ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aşıq Şəmşir
Tam adı Şəmşir Qurban oğlu
Doğum tarixi 15 mart 1893
Doğum yeri Kəlbəcər, Dəmirçidam kəndi
Vəfatı 2 oktyabr 1980
Vəfat yeri Kəlbəcər
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Aralığı şeytan kimi qatana insan demə,
    Alçaq, satqın kölgəsində yatana insan demə.

BRedaktə

  • Bağban oldum, bağ becərdim, dərmək üçün bar gərək,
    Vəfalı dost arasında namus, qeyrət, ar gərək.

ƏRedaktə

  • Əqli kamil olmayanlar yetişməz insanlığa.

İRedaktə

  • İxtiyarın çatan kimi bəd danışıb, vurma dəm,
    Ədalət, divan yanında qoyma dilin ola lal.
  • İnsanda yaxşı sifət əzəl binadan gərək,
    Tərbiyəsi kamil ola ata-anadan gərək.

MRedaktə

  • Mənliyini simu-zərə satana insan demə,
    Yaltaqlardan arxa olmaz, üzündən qaçmaq gərək.
  • Mərd igidin qaydasıdır dünyanı var istəmək,
    Bir bəşərin şad gününü mərdimazar istəməz.

YRedaktə

  • Yaxşılara yoldaş olun, şərdən, şeytandan qaçın,
    El içinə fitnə salan aravurandan qaçın.

ÖRedaktə

  • Özün üçün sərf eyləmə özgələrin varını,
    Zəhmət çəkib, bağ salanlar qoy dərsin öz barını.

Aşıq Şəmşir haqqında sitatlarRedaktə

İstinadlarRedaktə

  1. Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər. Bakı, “Elm və təhsil”, 2018, 512 səh.