- Böyük insan — ən yüksək mövqedə təvazökar, qüdrət sahibi olanda bağışlayan və qüvvətli olanda ədalətli hərəkət edəndir. (Əbdülməlik B. Mərvan)
- Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir. Məhəmməd peyğəmbər
- Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən yarana bilər. Emil Zolya
- Ədalət də eşq və şərab kimi ürəklərin pasını silər. Əfzələddin Xaqani
- Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. Aleksandr Hamilton
- Ədalət elə nadir keyfiyyətdir ki, onu heç bir pulla almaq olmaz [1] Alen Rene Lesaj
- Ədalət güclü, güclü də ədalətli olmalıdır Blez Paskal
- Ədalət – ləyaqətli yaşamaq, başqasına zərər verməmək, hamıya haqqını verməkdir. (Ulpian)
- Ədalət məhkəmələrinin tam müstəqilliyi məhdud konstitusiya üçün lazımlı bir qanundur. Aleksandr Hamilton
- Ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür. Mişel de Monten
- Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. Onore Mirabo
- Ədalət yer üzündə Allahın tərəzisidir. Həzrəti Əbu Bəkr
- Ədalətdən kənarda olan bilik müdriklik deyil, dələduzluqdur. Sokrat
- Ədaləti görməzlikdən gələn dövlət adamlarını cəzalandırmayan millət məhv olmaq məcburiyyətindədir. Məhəmməd peyğəmbər
- Ədalətin gecikməyi ədalətsizlikdir. (U.S. Landor)
- Ədalətin hökm sürdüyü yerdə silahın yeri yoxdur. Jak Amyot
- Ədalətin qüvvətli, qüvvətlilərin də ədalətli olması lazımdır. Blez Paskal
- Haqsızlıqla insanları arxanca getməyə məcbur etməkdənsə, ədalətli olub tək qalmaq daha yaxşıdır. Mahatma Qandi
- Heç bir dəyər ədalət qədər böyük ola bilməz. Jozef Adddison
- Həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir. Siseron
- Qılıncın bacarmadığını ədalət bacarar. (Sultan Süleyman)
- Pisliyi ədalətlə, yaxşılığı yaxşılıqla qarşıla. [2] Lao-tszı
- Yaxşı olmaq asandır, ədalətli olmaq çətin. Viktor Hüqo
- Yazılı qanunlar-ədalət keşikçiləridir. Qorqi
- Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər. Aristotel
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.134
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014