- Ağac əkən özündən başqasını da sevdiyini sübut edir.
- Ağacın xatırladıqlarını balta unudur.
- Ağıl və dəlilik arasında yalnız incə qırmızı bir xətt var.
- Atı suya gətirə bilərsən, amma onu su içməyə məcbur edə bilməzsən.
- Balıq və qonaq üç gündə iylənir.
- Başqalarının danışıqlarına qulaq asan şəxs heç vaxt özü haqqında yaxşı bir şey eşitmir.
- Bəxt özünə kömək edənlərə kömək edir.
- Bir adamın zibili başqasının xəzinəsidir.
- Bir axmaqla mübahisə edirsənsə, əslində iki axmaq mübahisə edir.
- Bir çox şəxslər qaçmaqdan qorxduğu üçün cəsur sayılmışdır.
- Bir insan sənə eşşək desə, diqqətə alma, amma, 5 nəfər sənə eşşək desə, get özünə yəhər al.
- Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir.
- Bu günki yaxşı bir plan, sabahkı mükəmməl bir plandan daha yaxşıdır.
- Cəsur bir adamın baxışı düşməni qorxaq adamın qılıncından daha çox titrədir.
- Çaydan baxmaqla qaynamaz.
- Dostlar dostdur. İş tamamilə başqa bir şeydir.
- Düşmənlərimin düşməni mənim dostumdur.
- Əgər sənə yüz dollar borcum varsa - bu mənim problemimdir, amma sənə min dollar borcum olsam, bu sənin problemindir.
- Əvvəllər gənc qız utananda qızarırdı, indi gənc qız qızaranda utanır.
- Gündə bir alma həkimi uzaqlaşdırır.
- Günəş altında bir yer istəyirsinizsə, ailə ağacının kölgəsini tərk etməlisiniz.
- Heç vaxt bir kitabı üz qabığına görə mühakimə etməyin.
- Həqiqi bir dostu ikiəlli tutun.
- Həyat bir səyahətdir, hədəf deyil.
- İlk uçan quş qurdu tutur.
- İtlə yatan, bitlə qalxar.
- Kiçik bir insanın kölgəsi uzun olarsa, günəşin batdığını anlayın.
- Qadının yeri mətbəxdir.
- Qırılan yumurtaları qabıqlarına geri qoya bilməzsiniz.
- Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar.
- Qonşunu sev, amma bağça divarını uçurma.
- Məntiq sizi A-dan B-yə aparacaq. Təsəvvür sizi hər yerə aparacaq.
- Nə etdiyimi deyil, dediklərimi et.
- Odununu özü kəsən iki dəfə isinər.
- Pul bizi xoşbəxt etmir, fəqət nisbətən xoş bir şəkildə bədbəxt olmağımıza imkan verir.
- Sakit bir vicdan yaxşı bir yastıqdır.
- Səbr uğurların anasıdır.
- Sınıq deyilsə, onu təmir etmə.
- Şans doğru zamanda lazımi yerdə olmaqdır.
- Tanqo üçün iki nəfər lazımdır.
- Tez mühakimə edən, sonra uzun müddət peşman olur.
- Tərəqqi pilləsinə qalxmaq üçün boyalı əllərinizi cibinizdən çıxartmalısınız.
- Toz qaldırmasan, toz içində batacaqsan.