Qızıl
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Aclıq ilində bir tikə çörək, bir külçə qızıldan artıqdır. Fin atalar sözləri
- Ağıl qızıl tacdır, hər başda olmaz. Kürd atalar sözləri
- Ağıl qızıldan da qiymətlidir: az tapılır, çox faydalıdır. Po Çü
- Ağıl qızıldır, fikir - gümüş. Qırğız atalar sözləri
BRedaktə
- Başmaq qızıldan da olsa, ayağa geyilər. Teluqu atalar sözləri
- Birinin acından gözü tutular, birinin qızıldan. Rus atalar sözləri
- Bu dünya bir qızıl kuzəyə bənzər, Suyu gah şirindir, gah da ki zəhər. Məhsəti Gəncəvi
ÇRedaktə
- Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor
DRedaktə
- Dəyərli məsləhət qızıl qiymətindədir. Alesandro Manzoni
ERedaktə
- Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir. Əhvədi
ƏRedaktə
- Əmək qızıl bilərzikdir. Azərbaycan atalar sözləri/Ə
- Əməksiz qızıl ilə gümüş - sadəcə daşlar. Mahatma Qandi
GRedaktə
- Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. Qautama Budda
- Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş gələr. Birincisi qızıl, ikincisi isə xəzinədir. Napoleon Bonapart
HRedaktə
- Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz. David Lavrens
- Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan. Rene Dekart
XRedaktə
- Xoşbəxtlik qızıl toplamaqda deyil, sağlam bədəndə və ailə səadətindədir. Demokrit
İRedaktə
- İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. Tur Xander
KRedaktə
- Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır. Sədi
QRedaktə
- Qız ilə qızıl gizlin gərək. Azərbaycan atalar sözləri/Q
- Qız qızıl alma, qızı gözdən salma. Azərbaycan atalar sözləri
- Qızıl yerdə qalmaz, yaxşılıq yolda. Özbək atalar sözləri
- Qızıl ləyənin qan qusana nə faydası?! Bolqar atalar sözləri
- Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar. - ABŞ atalar sözləri
- Qızıl üzə çıxanda doğru batar. Rus atalar sözləri
PRedaktə
- Parlayan hər şey qızıl deyil. Bolqar atalar sözləri
SRedaktə
- Sevgi elə bir eynək taxır ki,ondan baxanda kasıblıq zənginlik kimi,od zərrələri qızıl və mirvari kimi görünür. Miqel de Servantes
YRedaktə
- Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir. Yohann Volfqanq Göte
- Yəhudi qızıl olmalıdır ki, heç olmasa gümüş sayıla bilsin. Leon Xarrison